Bia.Az

“Evdə Qal” kompaniyası öz nəticəsini verir

Gündəm
 29-03-2020, 12:30     316

“Evdə Qal” kompaniyası öz nəticəsini verir

Hal-hazırda ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, ciddi tədbirlər görülməkdədir. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) elan edilməsi səbəbindən, yaşı 65-dən yuxarı olan insanların evdən çıxmaları qadağan olunb. Bu yöndə atılan addımın əsas məqsədi, məhz koronavirus infeksiyasına yoluxma riski yüksək olan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər olunmaqla gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha yaşayan insanlara evlərində gündəlik sosial xidmətlər göstərilməyə də başlanılıb. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərindən bəhs edərkən, dövlətimizin başçısı xüsusilə yaşlı insanların qorunmalı olduğunu qeyd edib, onların yaşadıqları yerlərdə xidmətlər göstərilməsini tapşırıb, könüllülərimizin də bu işlərə qoşulmalı olduqlarını bildirib. Ölkə rəhbəri tərəfindən verlmiş belə bir tapşırıqdan sonra o da bəlli olub ki, respublika üzrə 10 mindən çox yaşı 65-dən yuxarı tənha yaşayan vətəndaşlara evlərində sosial xidmətlər (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilir.

Bu gün koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində “Evdə Qal” kompaniyasına daha çox üstünlük verilməkdədir. Bu kompaniyanın həyata keçirilməsində əsas məqsəd, həm yaşı 65 –dən yuxarı insanların evdə qalmalarına, həm də müxtəlif yaş həddində olan insanların mümkün qədər bir-biri lə təmasda olmalarının qarşısını almaqdan ibarətdir. Biz də, İctimai Xəbər Agentliyi və ATATV.Az olaraq bu gün şəhərimizin Səbail rayonu ərazisində, hansı ki, Qala divarlarının arxa hissəsində yerləşən M.Ə. Sabir adına bağda, Fontanlar bağında və Nizami adına muzeyin həndəvərində olduq. Başlıca məqsədimiz koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində, hökumətin atdığı addımlara şəhər sakinlərinin əməl edib-etməmlərni müəyyənləşdirmək idi. Qeyd olunan ərazilərdə həyata keçirdiyimiz çəkilişlər zamanı bəlli oldu ki, hökumətin bu yöndə həyata keçirdiyi tədbirlər lazımi səviyyədə öz nəticəsini verməkdədir. Belə ki, ərazidəki parkın giriş hissələri bağlanıb, lazımi tədbirlər görülüb. Yalnız parkın ərazisində bir-iki nəfər gözümüzə dəydi ki, bu da görülmüş tədbirlərin nəticəsi deməkdir. Ona görə də, hər bir sakinə hökumətin bu yöndə gördüyü tədbirlərə dəstək olmağa, qanun-qaydaya riayət etməyə çağırış edirik. Düşünürük ki, cənab Prezidentin rəhbərliyi altında görülmüş bütün zəruri tədbirlər yaxın günlərdə öz nəticəsini verəcək və xalqımız koronavirus pandemiyasından xilas olacaq.

Bir sözlə, bu gün hər kəs özünün, doğmalarının təhlükəsizliyi naminə evdən çıxmamalıdır və şəxsi bilik və bacarıqlarını inkişaf etdirmək, yararlı fəaliyyət növləri ilə məşğul olmağa daha çox üstünlük verməlidir.

Rasafil Bayramov

İctimai Xəbər Agentliyinin rəhbəri

Yaşar Kərimov

Atatv.az saytının baş direktoru

скачать dle 12.1