Bia.Az

İsraildə son sutkada daha 482 nəfər koronavirusa yoluxub

Gündəm / İdman
 30-03-2020, 14:52     345

İsraildə son sutkada daha 482 nəfər koronavirusa yoluxubİsraildə koronavirusa yoluxanların sayı son sutkada 482 nəfər artıb.

“bia.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 80-nin vəziyyəti ağır olmaqla 4 347 nəfərə çatıb. 543 pasiyent xəstəxanaya yerləşdirilib, 2 107 xəstə ev şəraitində müalicə olunur, 586 nəfər isə həkim və xüsusi tibbi avadanlıqla təchiz edilmiş mehmanxanada müayinə edilir.

Məlumatda həmçinin İsraildə 15 nəfərin infeksiyadan öldüyü vurğulanıb.скачать dle 12.1