Bia.Az

BRİTANİYANIN GİZLİ PLANI MƏLUM OLDU - Conson Avropa Birliyi əvəzinə Ukraynanı hansı ittifaqa cəlb etmək niyyətindədir?

Gündəm
 3-06-2022, 11:35     396

“Zelenski Britaniya və Türkiyə səfərləri zamanı yeni birliyin konturları ilə tanış olub”

Məlum olduğu kimi, Böyük Britaniya imperiyası İkinci Dünya Müharibəsindən sonrakı dövr ərzində tədricən öz müstəmləkə ərazilərini itirdi. Amma buna baxmayaraq, hazırda Böyük Britaniya güclü elmi-texniki potensiala malik ölkədir və onun paytaxtı London Nyu-Yorkla birgə dünyanın ən böyük maliyyə mərkəzidir.
Bundan sonrakı dövrdə Britaniya mövcud potensial imkanlarından istifadə etməklə, gələcək dünya nizamında mühüm rol oynamaq niyyətindədir. Analitiklərin fikrinə görə, Avropa Birliyini tərk edən Britaniya artıq bu istiqamətdə ciddi səylər göstərir və o, ilk öncə Ukrayna, Polşa və Baltik ölkələrindən ibarət yeni ittifaq qurmağı planlaşdırır.
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Strana.ua” internet portalı “Boris Conson Avropa Birliyi əvəzinə Ukrayna üçün hansı ittifaq hazırlayır” başlıqlı məqaləsində yarana biləcək yeni birliyin Londona nə üçün lazım olduğuna və bunun Kiyevə nə verə biləcəyi məsələsinə toxunub. Həmin məqaləni təqdim edirik:
”İtaliyanın “Correre Della Sera” qəzeti etibarlı mənbələrə istinadla xəbər verib ki, Böyük Britaniya Baş naziri Boris Consonun Ukrayna ilə əlaqədar gizli planı var.

Qəzet yazır ki, 9 apreldə Kiyevə səfəri zamanı Boris Conson Vladimir Zelenskini yeni yaranacaq ittifaqın konturları ilə tanış edib. Mənbənin məlumatına görə, Ukrayna Prezidenti Londonun təklifinə hələ ki, qəti cavab verməyib və düşünmək üçün vaxta ehtiyac olduğunu bildirib.
İtaliya qəzeti iddia edir ki, Boris Conson “Moskva tərəfindən gələ biləcək hərbi təhlükəni dayandırmaq, iqtisadiyyatdakı liberal prinspiləri və öz suverenliyini qorumaq üçün” dövlətlərə yeni ittifaq yaratmağı təklif edir.
Ukraynadan başqa Latviya, Litva, Polşa və Estoniya da bu alyansa dəvət olunublar. Yeni alyansda Türkiyəni də görmək istəyirlər, lakin bu, bir qədər gec olacaq. Yuxarıda adı çəkilən ölkələrin Avropa Birliyinin siyasətinə “etibarsızlığı” var. (Həm də Türkiyə AB-yə daxil deyil, B.Britaniya isə bu biriliyi tərk edib).

Məsələ ilə əlaqdar “Strana.ua” saytına şərh verən politoloq Konstantin Bondarenko deyib: ”Mən Zelenskinin 2020-ci ildə Britaniya və Türkiyəyə səfərlərinə diqqət etmişəm. Belə hesab edirəm ki, məhz həmin vaxt bizim prezident yeni birliyin konturları ilə tanış olub. Zaman göstərdi ki, bu hipoteza özünü doğruldur”
Qeyd etmək lazımdır ki, 2021-ci ilin ikinci yarısında Polşa, Britaniya və Ukraynanın iştirakı ilə yeni ittifaq qurulacağı barədə söhbətlər gəzirdi. Həm də hələ müharibə ərəfəsində bununla bağlı ilk formal danışıqlar gedib.
Belə ki, 17 fevralda Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba və onun britaniyalı həmkarı Liz Trass Kiyevdə keçirilən müştərək mətbuat konfransında Ukrayna, Polşa və Böyük Britaniya arasında yeni üçtərəfli əməkdaşlıq formatı yaradılacağını söyləmişdilər.


Bu barədə D.Kluba bildirmişdi: ”Bu gün biz Böyük Britaniya və Polşa ilə Ukrayna arasında təhlükəsizliyin möhkəmləndirilməsi və ölkələr arasında ticarətin inkişaf etdirilməsi üçün yeni üçtərəfli əməkdaşlıq formatının yaradılması haqqında xəbər verməkdən şərəf və məmnunluq duyuruq”.
Müharibə başlayandan sonra bu ideya barəsində açıq şəkildə heç bir söz deyilməsə də, görürük ki, bu mövzu yaddan çıxmayıb və Boris Conson onu aktivləşdirməyə cəhd göstərir.
Konstantin Bondarenko əlavə olaraq bildirib:Görünür ki, Çörçilin böyük pərəstişkarı olan Boris Conson onun siyasi varislərinin “səhvlərini” düzəldir. O, müəyyən mənada Britaniya İmperiyasını dirçəltmək və Londonun geosiyasi təsirini gücləndirmək istəyir. Bunun üçün Conson Britaniya təsirini ilk başlanğıcda Polşa və Baltik ölkələrində genişləndirməyə, Avropa Birliyini dağıtmağa, Türkiyə ilə pakt bağlamağa və Ukraynadan Rusiyaya qarşı mübarizədə zərbə resusu kimi istifadə etməyə hazırlaşır. Son olaraq da Conson Çin ilə hərbi-siyasi ittifaq formalaşdırmağı arzulayır ki, bu da öz növbəsində yeni yaranan blokla ABŞ-ın maraqlarının kəskin toqquşmasına gətirib çıxarcaq. Nəticədə münaqişənin bütün tərəflərini zəiflədəcək. Ümumi yekunda Britaniya uduşlu vəziyyətdə qalır və yenidən dünya hegemonu olmaq şansı əldə edir”.

Politoloq Ruslan Bortnik isə Amerikanın bu işdən kənarda qalmadığı qənaətindədir. O, bu barədə deyib: “Ola bilər ki, yeni birlik yalnız britaniyalıların işidir. Bu məsələdə britniyalıların ABŞ tərəfindən dəstəklənməsi də istisna deyil. Bəlkə də amerikalılar Rusiyaya qarşı dayanmaq üçün London vasitəsilə Ukraynaya digər müttəfiqlərlə birlikdə yeni hərbi-siyasi ittifaqda təmsil olunmağı təklif edir(Çinə qarşı yönəlmiş Avstraliya, Böyük Britaniya və ABŞ ittifaqı kimi - “AUKIS”). Beləliklə, Avropa Birliyi və NATO ərazisində Almaniya və Fransadan daha fəal və daha çox ABŞ tərəfindən idarə olunan dövlətlərdən ibarət blok formalaşa bilər”.
Ukraynanın Avropa Birliyinə alternativ hansısa ittifaqa daxil olmaq istəyinə Berlin və Paris xoş baxmayacaq və onlar hesab edəcəklər ki, bu addımla Kiyev artıq Avropa perspektivindən imtina edir.
Diplomatik dairələrdəki mənbə hesab edir ki, Britaniyanın rəhbərliyi ilə yeni ittifaqın yaradılması barəsindəki söhbətlər Consonun “geosiyasi cizgiləridir” və bunu yalnız ABŞ-ın iqtisadi, maliyyə və hərbi dəstəyi ilə həyata keçirmək mümkündür. 

Təklif edilən alyans Avropa Birliyi ilə müqayisədə iqtisadi cəhətdən zəifdir və onun təhlükəsizliyin tam təmin edilməsi üçün lazım olan hərbi imkanları da yetərli deyil. Bu ittifaq yalnız amerikalılar hərtərəfli dəstək verdikləri vaxt mövcud ola bilər(Məsələn, əgər onlar Avropa Birliyini zəiflətmək, Qərbi Avropa və Rusiya arasında “sanitar kordon” yartmaq istəyirlərsə). Lakin hələ ki, Bayden administrasiyasının strategiyası başqadır. Amerika Avropa Birliyi və onun liderləri Almaniya və Fransa ilə ittifaqın möhkəmləndirilməsinə çalışır.
Sağ mühafizəkarlar kimi tanınan Conson, Duda və Kaçınski ilə müqayisədə Şolts və Makron ideya cəhətdən ABŞ Dövlət Departamentinə daha yaxındırlar. Hələ ki, mövcud vəziyyət dəyişmir və ona görə də Consonun bu ideyasının şansı azdır. Bundan əlavə, bu layihənin ardınca düşmək indiki vəziyyətdə Ukrayna üçün ziyanlıdır, çünki bu, onun Avrop Birliyi tərəfindən dəstəklənməsini zəiflədər və həm də Londonun geosiyasi planlarına qarşı çıxan Berlin və Parisin Rusiyaya güzəştlərə getməsilə nəticələnə bilər”.скачать dle 12.1