Bia.Az

"Kraliçanın ölümündən sonra 3-cü Dünya Müharibəsi başlaya bilər"

Gündəm
 26-05-2022, 15:59     407

Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, dünyada ərzaq böhraı, dünya ölkələrinin Rusiya ilə enerji bağlarını qoparması, İsveç və Finlandiyanın təhlükəsizlikləri üçün NATO-ya daxil olma istəkləri və s. Bütün bunlar III Dünya Müharibəsinin başlanmasına səbəb ola bilərmi?


Ümumiyyətlə, 3-cü Dünya Müharibəsinin olacağı ilə bağlı çox iddialar mövcuddur. Hətta 1894-1959-cu illərdə yaşamış, öz ölümünü belə öncədən görən alman kahin Alois İrlmair II dünya müharubəsinin 2022 -ci ilə başlanacağı barədə xəbərdarlıq etmişdi. Bəli, mistik bir proqnoz. İnandırıcı olmaya da bilər.
Alois İrlmayerin sözlərinə görə, 2022-ci ildə Yaxın Şərqdə 3-cü Dünya Müharibəsi başlayacaq. Balkanlarda ilk qığılcımın çıxacağını deyən kahin yanğının Yaxın Şərqə yayılacağını və böyüyəcəyini bildirirdi.
İndi dünyanın əksər ölkələrində böhran yaşanılır. Əvvəlcə pandemiya böhranı, sonra pandemiyanın vurduğu ölkələrin ayağa qalxma savaşı, Rusiya-Ukrayna müharibəsi, Qərbin müdaxilələri, ərzaq qıtlığı və meymun çiçəyi...
  • Dünyada nə baş verir?
  • 3-cü Dünya Müharibəsi gözlənilirmi?
“Ümumiyyətlə, 2-ci Dünya müharibəsindən sonra, Soyuq müharibə də daxil olmaqla yarım əsrə yaxındır ki, III Dünya müharibəsi gözləntisi var. Bunun üçün real faktlar da oldu. Məsələn, Soyuq müharibə illərində ilk dəfə bunu Karib böhranında SSRİ və ABŞ gəmilərinin üz-üzə dayandığını və ilk atəş açanın müharibəni başlada biləcəyi senarisində görmüşdük. Bu baxımdan, III Dünya Müharibəsini başlada biləcək bir çox faktlar var. Və bu gün də biz həmin faktların daha da çox artdığını görə bilirik. III dünya müharibəsindən danışırıqsa, təbiki, burada tərəflər olmalıdır. Yəni, Rusiya və Qərb arasında baş verəcək müharibəni 3-cü Dünya müharibəsi olaraq adlandırmaq doğru deyil”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Turan Rzayev danışıb. Onun sözlərinə görə, beynəlxalq koalisiya qüvvələri dəfələrlə müxtəlif ölkələrə də müdaxilə ediblər. Liviyaya və İraqa da müdaxilə olub. Bunları dünya müharibəsi olaraq saya bilmərik. Ona görə sabah Rusiyaya qarşı hərbi müdaxilə başlasa, biz dünya müharibəsi olaraq saymamalıyıq.
Turan Rzayev Turan RzayevPolitoloqun fikrincə, bütün hallarda 3-cü Dünya müharibəsinin başlama riski var. “Və şəxsi qənaətim ondan ibarətdir ki, dünya müharibəsinin başlandığı iki dünya müharibəsinə diqqətlə baxdıqda, burada Anglo-Sakson siyasətinin də olduğunu görürük. Hesab edirəm, 3-cü Dünya müharibəsi ən real formada İngiltərə kraliçası 2-ci Elizabetanın ölümü sonrası siyasi proseslərdə başlayacaq. Hansı ki, 1-ci dünya müharibəsi Kraliça Viktoriyanın ölümündən sonra başladı. Dünya nizamı dəyişdi. Biz həmişə görürük ki, İngiltərədə kral ailəsi üzvlərində dəyişiklik baş verəndə, bənzər formada proseslər baş verir. Dünya müharibəsi başlaması üçün real ssenarilər və faktlar var. Amma hələlik bu, baş verməyəcək. Bu, yalnızca İngiltərə Kraliçası 2-ci Elizabetanın ölümü sonrası siyasi proseslərdə baş verə bilər”,- deyə Turan Rzayev bildirib.скачать dle 12.1