Bia.Az

Kosaçev: Rusiya təslim oldu? Savaş bitməyib... - Video

Gündəm
 23-05-2022, 14:45     296

Soyuq müharibə bitmədiyinə görə Rusiya təslim olmamışdı və diqqətini cəmləşdirdi.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

O bildirib ki, Qərb Sovet Rusiyasının, sonra isə SSRİ-nin gəlişi ilə hökmranlığını itirib:

“Qərb SSRİ-yə iqtisadi blokadalar, faşist Almaniyasını qızışdırmaqla, sonra yenidən sanksiyalar və boykotlarla təhlükə yaratmağa çalışıb. Bu dövr indi ümumi olaraq “Soyuq müharibə” adlanır. Siyasətçilər bloklararası qarşıdurma dövrünün sona çatması ilə bağlı mübahisə edirlər. Mənim cavabım budur: yox, başa çatmayıb. 90-cı illərdə Qərbin nöqteyi-nəzərindən yeni Rusiya təslim oldu, dünya üzərində eyni bölünməz güc iddiasına etiraz etməyi dayandırdı. Rusiya isə diqqətini cəmləyib dünyanın necə olması və Rusiyanın orada hansı yeri tutacağı sualına cavab axtarırdı. Rusiya ardıcıl olaraq seçim azadlığından məhrum edildi. Birinci mərhələdə postsovet ölkələrində rusdilli əhalinin və digər azlıqların problemlərinə məhəl qoyulmadı, ikinci mərhələdə NATO Şərqi Avropaya genişləndi, üçüncü mərhələdə Rusiyanın qonşuları Qərbin təsir zonasına düşdü, dördüncü mərhələdə müvafiq ölkələrdə qərbyönlü “rəngli inqilablar”ın təşkil edildi”.

Onun sözlərinə görə, Soyuq müharibə Qərbin təsirilə bitməyib, ancaq Qərb tərəfdən aparılır.

скачать dle 12.1