Bia.Az

Gərginlik PİKK HƏDDƏ! ABŞ Kalininqradla sərhədə 70 000 hərbçi TOPLADI: Putinə Cenevrə görüşü öncəsi GÖZDAĞI

Gündəm
 9-01-2022, 12:13     271

Yanvarın 10-da Cenevrədə keçiriləcək ABŞ-Rusiya görüşündə bu iki ölkənin Avropadakı hərbi mövcudluğu, o cümlədən nüvə silahları ilə bağlı bir çox təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Məlumatlarda, Amerikanın NBC telekanalı ABŞ hökumətinin Moskvanın danışıqlarda səmimi olacağına əmin olmadığını bildirib.
Mənbənin məlumatına görə, Co Bayden administrasiyası iki ölkənin Şərqi Avropadakı hərbi varlığını və təlimlərini azaltmağı təklif edəcək. “Administrasiya danışıqlarda Rusiya ilə müzakirə aparmaq üçün Avropadakı hərbi mövqeyində bəzi dəyişiklik variantlarının siyahısını hazırlayır. Əgər Rusiya regionda hərbi mövcudluğunu azaltmağa hazır olsa, ABŞ bəzi konkret addımlar atmağa razı olacaq”, – adı açıqlanmayan amerikalı rəsmi NBC-yə deyib.

ABŞ-ın təkliflərinə Baltikyanı ölkələr və Polşada yerləşən Amerika ordusunun hərbçilərinin sayının azaldılması, iki ölkənin təlimləri və qüvvələrin yerləşdirilməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməsi, Rusiyanın Kalininqradda yerləşdirdiyi nüvə başlıqlı “İsgəndər” raketlərinin geri çəkilməsi kimi məsələlərin daxil olduğu bildirilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə NBC-nin iddiasını təkzib edib.

“Administrasiyanın Rusiya ilə gələn həftə keçiriləcək danışıqlara hazırlıq məqsədilə ABŞ qüvvələrini Şərqi Avropadan çıxarmaq variantı hazırlaması barədə iddia doğru deyil. Əslində, Rusiya nə vaxtsa Ukraynanı yenidən işğal edərsə, biz NATO-nun şərq cinahında öhdəliyimiz olan müttəfiqlərimizi və tərəfdaşlarımızı gücləndirəcəyimizi açıq bildirmişik və Rusiya ilə də bu barədə açıq danışmışıq”, – Prays vurğulayıb.
GUNinfo.az-ın xarici mediaya istinadən xəbərinə görə, ABŞ Kalininqradla sərhədə 70 000 hərbçi toplayıb ki, oda Putinə Cenevrə görüşü öncəsi GÖZDAĞI hesab edilir. Təxminən ABŞ-ın Avropada  yerləşdirdiyi 70 000 hərbçisindən  6 – min “dəniz piyadası” adlanan əsgərləri Şərqi Avropada iri istehkamlar qurub.скачать dle 12.1