Bia.Az

Vida

Gündəm
 2-12-2021, 10:06     240

Dekabrın 1-i Bakıdakı “Sərhədçi” İdman Olimpiya Mərkəzində vertolyot qəzasında şəhid olan hərbi qulluqçularla vida mərasimi keçirilib.

AZƏRTAC-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev mərasimdə çıxış edərək şəhid hərbi qulluqçuların 2020-ci ilin Vətən müharibəsinin iştirakçıları olduğunu deyib: “Biz silahdaşlarımızı itirmişik. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq övladlarının başını uca etdilər. Vətən sağ olsun. Şəhid zabitlərimizin, əməkdaşlarımızın valideynlərinə, yaxınlarına, əzizlərinə, bacı-qardaşlarına, övladlarına Dövlət Sərhəd Xidmətinin bütün rəhbər heyəti və rəhbərliyi adından başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əmin ola bilərsiniz ki, hər bir Azərbaycan vətəndaşı, sərhədçisi şəhidlərimizin xatirəsini daim qəlblərində yaşadacaq. Onların Vətənə xidmətdə göstərdikləri qəhrəmanlıqlar yaşadılaraq gələcək nəsillərə çatdırılacaq. Şəhidlərimizin valideynləri qarşısında baş əyirəm”.

Şəhidlərin bir çoxu paytaxtdakı İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu Xızı rayonundakı Qaraheybət aviasiya poliqonunda qəzaya uğrayıb. Mi-17 vertolyotunun təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq Qaraheybət təlim meydanına uçduğu, saat 10:36-da ora eniş edərkən qəzaya uğradığı açıqlanıb.

Qəzada Dövlət Sərhəd Xidmətinin zabitləri – polkovnik Fizuli Cavadov, polkovnik-leytenant Emil Nəzirov, mayorlar Elmir Həsənov, Elbrus Əhmədov, Emil Mayılov, Murad Məmmədov, Emil Əliyev, tibb xidməti kapitanı Ceyhun Əhmədxanov, kapitanlar Cavid Bayramlı, Xəyyam Əliyev, Teymur Qaraisayev, baş leytenant Fərid Nağıyev, leytenant Abdulla Süleymanov və texniki işçisi Elçin Nəbiyev həlak olub, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.скачать dle 12.1