Müller həyətdə, Alkantara iti ilə məşq etdi - Video
"Bavariya" onlayn qaydada məşqlərə başlayıb.
bia.az xəbər verir ki, məşqçi qərargahından Xolqer Broyxun iştirak etdiyi məşq 90 dəqiqəyə qədər davam edir. Futbolçuların fiziki formasını qorumaq məqsədi ilə keçirilən hazırlıq prosesində Tomas Müller həyətdə, Manuel Noyer idman zalında, Tiaqo Alkantara ilə iti ilə birgə məşq etməyə qərar verib.
Qeyd edək ki, Münhen klubu koronavirus səbəbindən komanda ilə məşqləri dayandırıb.