Bia.Az

“Herald Sun”: Çində uyğurların orqanları satılır

Gündəm
 5-11-2021, 09:51     227

Avstraliyanın “Herald Sun” qəzeti Çində uyğurlara qarşı törədilən cinayətlərə dair məlumat yayıb.

Novator.az-ın bildirdiyinə görə, məlumatda Çində uyğurların daxili orqanlarının satılmasından bəhs edilir.

Vurğulanır ki, dini və etnik azlıqların, xüsusilə də uyğurların istismar olunduğu Çin Xalq Respublikasında orqan alveri ilə məşğul olan qruplar azlıq nümayəndələrindən, o cümlədən uyğurlardan istifadə edir.


Qəzet uyğurların, eləcə də digər etnik-dini azlıq nümayəndələrinin saxlandığı, faktiki əsir düşərgəsi olan düşərgələrin orqan köçürülməsi əməliyyatları aparan klinikaların yaxınlığında yerləşdiyini yazır.

Çində qanunsuz orqan yığımının çoxdan və geniş tətbiq olunduğu bildirilir.

“Herald Sun” qəzetinin yazdığına görə, Çində qanunsuz orqan satışı ilə məşğul olan cinayətkar qruplar ildə 1 milyard dollar pul qazanırlar. Bu ölkədə qara bazarda bir sağlam böyrəyin 160 min dollara satıldığı xəbər verilir.

Başqa bir mənbənin – “Taiwan News” (Tayvan xəbərləri) nəşrinin məlumatında deyilir ki, son illərdə Çində uyğurların 84 milyard dollar həcmində aktivləri müsadirə olunub. Müsadirə olunan aktivlər əsasən daşınmaz əmlakdan ibarətdir.

Mənbə:
 Heraldsun.com.auскачать dle 12.1