Bia.Az

"AZƏRBAYCAN ƏRAZİ BÜTÖVLÜYÜNÜ BƏRPA ETMƏSƏYDİ..." - Prezident Ermənistana edilən təklifləri AÇIQLADI + VİDEO

Gündəm
 4-11-2021, 12:30     210

“Bütün bu forumlarda mən Ermənistan-Azərbaycan arasındakı münaqişə məsələsini qaldırıram və bu gün bildirmək istəyirəm ki, münaqişə həll olunub”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan özü münaqişəni həll edib: “Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi - hansı ki, qeyd-şərtsiz və dərhal erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etdiyi qətnamələri həyata keçirdi.
Təəssüflər olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, növbəti 27 il ərzində də həmin qətnamələr kağız üzərində qalardı. Biz BMT xartiyasının 51-ci maddəsinə istinad edərək öz müdafiə hüququmuzdan istifadə edərək beynəlxalq hüquq çərçivəsinə arxalanaraq bundan istifadə etdik. Çünki nəinki BMT-nin Təhlükəsizlik Şurası, o cümlədən digər beynəlxalq təsisatlar da oxşar qərar və qətnamələri Azərbaycan ərazilərinin işğalı ilə bağlı qəbul etmişdilər”.
“Bizim hərbi imkanlarımıza gəldikdə, bu, münaqişənin həlli üçün əsas səbəb oldu. İndi isə münaqişə bitib. Artıq qeyd etdiyim kimi, tikinti işləri başlayıb. İndi biz postmünaqişə dövründəyik” - deyə, Prezident İlham Əliyev Foruda çıxış edərkən bildirib.

“Biz Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin sülh müqaviləsi üzərində işləməyə başlayaq. Çünki biz müharibə haqqında deyil, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. Əfsuslar olsun ki, bu təklif hələ ki, cavabını almayıb. Eyni zamanda, biz təklif etdik ki, sərhədlərimizin demarkasiya və delimitasiya işlərinə başlayaq, hər iki ölkənin ərazi bütövlüyü təmin edilsin, bu da yenə də beynəlxalq normalarına uyğundur, normal davranışa uyğundur. Əfsuslar olsun ki, bu da cavabını tapmayıb. Azərbaycan 30 illik işğala baxmayaraq, maksimal konstruktivlik göstərib”, - deyə, dövlət başçısı qeyd edib.
Prezident bildirib ki, biz gələcəyə nəzər salmalıyıq, biz təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olan gələcək təmin etməliyik:“Ola bilsin ki, bizim təkliflərimiz haqqında siz də eşitmisiniz. Mənə elə gəlir ki, hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki bizim mövqeyimiz tamamilə aydındır. Bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırıq.
Mənə elə gəlir ki, Ermənistan Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcək. Əgər danışıqlar dövrü ərzində onlar bizə qulaq assaydı, bu gün bu vəziyyətlə qarşılaşmazdılar”. 
Prezidentin çıxışının videosunu təqdim edirik:



скачать dle 12.1