Bia.Az

Azərbaycanda havanın temperaturu yüksəlib

Gündəm
 24-03-2020, 15:18     360

Azərbaycanda havanın temperaturu yüksəlibAzərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "bia.az"a bildirilib ki, martın 24-ü gündüzədək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib.

Sumqayıt, Naftalan, Gəncə, Şəmkir, Qrız, Tərtər, Zərdab, Göyçay, Biləsuvar, Lerik, Sarıbaşda (Qax) duman müşahidə olunub.

Havanın temperaturu martın 23-də iqlim normasından 4.5° yuxarı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14°-dək isti, Aran rayonlarında 17-19° isti, dağlıq rayonlarda 11°-dək isti, Naxçıvan MR-da 18°-dək yüksəlib.скачать dle 12.1