Bia.Az

NƏZƏRLƏR MOSKVAYA DİKİLİB : üçtərəfli İşçi Qrupunun görüşündən nə gözlənilir?

Gündəm
 20-10-2021, 12:45     16

Rusiyanın ev sahibliyi ilə keçiriləcək görüşdə Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atıla bilərmi?
Oktyabrın 20-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək. Görüşdə üç ölkənin baş nazirlərinin müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan iştirak edəcəklər.
Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi səbəbindən İşçi Qrupun işində müvəqqəti fasilə yaranmışdı, lakin son vaxtlar üçtərəfli formatda görüşlər yenidən başlayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 2021-ci il yanvarın 11-də Moskvada keçirilən danışıqlardan sonra üç ölkənin baş nazir müavinlərinin rəhbərliyi altında İşçi Qrupun yaradılması barədə qərar qəbul edilib.
Son zamanlar üçüncü ölkələrin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dini liderləri, deputatları, diplomatları bir araya gəlib, mövcud durumu və perspektiv münasibətləri müzakirə ediblər. Nikol Paşinyan Zəngəzur dəhlizinin dəmir yolu və avtomobil əlaqəsi üçün açıq olacağını elan edəndən, bununla da Azərbaycanın qətiyyətli mövqeyi qarşısında geri çəkiləndən sonra Ermənistandakı revanşistlərin səsi nisbətən kəsilib. Ermənilərin bir çoxu artıq anlamağa başlayıblar ki, onların xilası Azərbaycanın səxavətindən bəhrələnməkdir, əks halda, Ermənistanın taleyi sual altına düşəcək. Xüsusilə də İranın son aylarda qarışdırıcı funksiya icra etməsindən ruhlanan revanşist ermənilər Rusiyanın kəskin reaksiyasından sonra reallıqla barışmağa başlayıblar.
Qeyd edək ki, son günlərdə Ermənistan mətbuatında hökumətin Moskvanın himayəsi altında Azərbaycanla sülh sazişi imzalamağı planlaşdırdığı barədə yazılar dərc olunub. Həmçinin liderlərin görüşünə hazırlıqlarla bağlı məlumatlar intensiv şəkildə yayılmaqdadır. Ermənistan baş nazirinin, daha sonra isə yeni xarici işlər nazirinin Moskvaya səfərlərində də sülh sənədinin konturlarının müzakirə olunduğu iddiası var. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Ermənistan demarkasiya və delimitasiya işlərinə hazırdır. Biz artıq bunu açıq şəkildə bildirmişik. Hazırda heç bir iş həyata keçirilmir. Biz Azərbaycandan cavab gözləyirik”, deməsi də diqqət çəkdi. Ancaq belə görünür ki, Ermənistanda hələ də vahid siyasi iradə mövcud deyil, rəsmilər də bir-birini təkzib etməkdədir.
Bu ərəfədə strateji əhəmiyyətli yüksəkliklərin, o cümlədən Qafan şəhərinə nəzarəti təmin etməyə imkan yaradacaq Zəngilanın Ağdağ zirvəsinin Azərbaycan sərhədçilərinin nəzarəti altına keçməsi düşmən ölkədə panikanı gücləndirib. Ermənistan rəsmiləri ölkə əhalisinin onsuz da köç əhvalında olmasını nəzərə alaraq, onları sakitləşdirməyə çalışır, bununla bağlı xəbərləri təkzib edirlər.
Dominant.Az - "Baş nazir müavinlərinin üçtərəfli işçi qrupunun fəaliyyəti  dayanıb" - Mqer Qriqoryan
Mqer Qriqoryan
“Azərbaycanla Ermənistan arasında demarkasiya prosesinin başlanması barədə təəssüratlar yanlışdır. Hazırda sənədlər öyrənilir, amma demarkasiya və delimitasiya üçün kontaktlar yoxdur”. Modern.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan açıqlama verib. 
O, delimitasiya və demarkasiya prosesinin aparılacağı sənədlərin öyrənildiyini əlavə edib. “Xəritələr hüquqi əsasa malik olmalıdır. Yalnız analizlərdən sonra bu barədə danışa biləcəyik”. Qriqoryan erməni tərəfinin kommunikasiyaların açılması barədə müəyyən təsəvvürlərinin olduğunu xatırladıb. Həmçinin danışıqlarda MDB-nin qəbul etdiyi hüquqi normaların əsas tutulacağını vurğulayıb. “Ermənistan tərəfinin kommunikasiyaların açılması prosesinin komponenti kimi dəmir yolu xəttinin açılması ilə bağlı müəyyən təsəvvürləri var. Müəyyən ideyalarımız var və anlayırıq ki, nizamlanma və sərhədlərin açılması MDB-nin hüquqi normaları əsasında həll olunacaq. Bundan başqa, avtomobil yolunun açılmasını da müzakirə etməliyik”. Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli komissiyasının Moskva görüşü ərəfəsində verilən bu açıqlama görüşdə konkret mövzuların müzakirə olunacağı qənaətini yaradır.
Ceyhun Məmmədov medalla təltif edilib
Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında görüş təşəbbüsünə normal yanaşdığını ifadə etdi: “Mövqelərin uzlaşdırılması, fikir ayrılığı olan məsələlərin müzakirəsi və sülh müqaviləsinin imzalanması üçün hesab edirəm ki bu cür görüşlər xüsusi əhəmiyyət daşıyır. Ermənistan ilk aylarda müqavimət göstərməyə çox çalışsa da Azərbaycanın mövqeyinin qətiyyətli və prinsipial olduğunu artıq anlayıb. Paşinyanın son bəyanatları da bunu bir daha təsdiq edir. Anlayır ki, əməkdaşlıqdan və müzakirələrdən başqa yol yoxdur. Bu cür görüşlər Ermənistanın mövqeyini dəqiq bilmək üçün də xüsusi əhəmiyyət daşıyır”. Deputatın sözlərinə görə, Ermənistan son mövqeyini bildirməlidir: “Rəsmi İrəvan ya könüllü şəkildə 10 noyabr bəyanatının bəndlərini yerinə yetirəcək, ya da buna məcbur ediləcək”. C.Məmmədov üçtərəfli görüşlərdən konkret nəticə gözləyir: “Azərbaycan Zəngəzur dəhlizinin açılmasında israrlıdır. Bu planın qarsısını heç kim ala bilməyəcək. Hesab edirəm ki, zamanla bu görüşlərdə tərəflər müəyyən məsələlərdə razılığa gələcəklər. Münaqişənin yekun həlli üçün iki variant var. Ya sülh razılaşması imzalanmalı, ya da müharibə başlamalıdır. Ermənistan öz seçimini etməlidir. Qeyd etdiyimiz kimi, Azərbaycan bütün variantlara hazırdır. Ermənilərin isə bir yolu var, o da sülh müqaviləsini imzalamaq. Bunu etməsə, ölkə daha ağır duruma düşəcək”. Millət vəkilinin sözlərinə görə, ola bilsin ki, bir müddətdən sonra ümumiyyətlə, bölgədə Ermənistan adında dövlət olmasın: “Ermənistanın hakimiyyəti və müxalifəti anlamalıdır ki, uzun illər apardığı yanlış siyasət onu uçuruma apardı. Bu gündən sonra ayaqda qalmaq istəyirsə revanşıst və təxribatçı bəyanatlara son qoymalıdır. Hamı Ermənistanın fərari ordusunu gördü. Bu ordu ilə Ermənistan Azərbaycana nə edə bilər?”
Milli Məclis bir neçə qanuna dəyişiklik edib - Arzu Nağıyev
Arzu Nağıyev
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev hesab edir ki, ümumiyyətlə, üçtərəfli görüş formatı əsasən Cənubi Qafqazda kommunikasiyaların aşılması üçün nəzərdə tutulub: “Baş nazirlərin müavinləri səviyyəsində yaradılan bu format əsasən Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr aparmalı idi. Lakin bu, baş vermədi və ermənilər keçirdikləri seçkiləri bəhanə gətirdilər. İyunda keçirilən seçkilərdən sonra avqust ayında da növbəti görüş oldu və indi də daha bir görüş keçiriləcək. Təəssüf ki, hər hansı bir nəticə hələ ki yoxdur və sadəcə olaraq, əlaqələrin mövcudluğu ciddi bir fakt kimi qəbul edilir. Yəni digər format da yoxdur ki, müzakirələr aparılsın. Hətta Ermənistan tərəfi yüksək səviyyəli görüşə hazır olmadığını dəfələrlə büruzə verir. Yəni ümumi sözlər var, lakin dolğun bir cavab yoxdur. Bu da sülh sazişini gecikdirən əsas amildir”. 
A.Nağıyev qeyd etdi ki, bu məsələlər gündəmə gələn kimi “status”, “hərbi əsirlər” kimi mövzular gündəmə gəlir: “Biz tərəf olaraq Qarabağ məsələsinin bitdiyini qeyd edirik, ermənilər isə qeyd edilən bəhanələrlə gündəm yaradırlar. Ayın 20-21-də keçiriləcək görüşdə dəmir yollarının açılması, avtomobil yolları ilə bağlı da müzakirələr gözlənilir, lakin yenə də təhlillər göstərir ki, erməni tərəfi dəhliz, daha dəqiq desək, Zəngəzur məsələsindən qaçmağa cəhd edir. Ermənilər bu məsələnin Qafqaz regionu üçün vacibliyini anlamaq və yeni daha ciddi problemlərin yaranacağını başa düşmək istəmirlər. Eyni zamanda artıq ”üçüncü qüvvələr" regiona müdaxilə etməyə çalışırlar. Bu isə Rusiya-Qərb faktorunu yaradır. Yarana biləcək Avrasiya üçlüyü - Rusiya - Türkiyə - İran Qərbi razı sala bilməz. Yəni artıq ATƏT-in Minsk Qrupu deyil, digərləri nüfuza yiyələnməyə çalışırlar, əsasən də İran". A.Nağıyevin qənaətincə, Rusiya bəlkə də bundan məmnundur: “Çünki ABŞ kənarda qalır. Lakin Birləşmiş Ştatlar da kənarda qalmaq fikrində deyil və Gürcüstanla bağlı son bəyanatlar bariz nümunədir. Yəni belə bir nəticəyə gəlmək olar ki, keçiriləcək üçtərəfli görüş tək Azərbaycan-Ermənistan deyil, digər oyunçular üçün də aktualdır. Məhz buna görə də ciddi nəticələrin əldə olunacağı inandırıcı görünmür”.
Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal  olmalıdırlar” - ONN İnformasiya Agentliyi
Elçin Mirzəbəyli
Politoloq Elçin Mirzəbəyli isə nikbin yanaşmaları bölüşmür: “Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun iclasından hansısa ciddi qərarlar, irəliləyişlər gözləməyə dəyməz. Son nəticədə adı üstündədir: işçi qrupu. Digər tərəfdən, məlum olduğu kimi, Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupu 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanata əsasən yaradılıb və bu bəyanatın müddəalarında işçi qrupunun fəaliyyət istiqamətləri, səlahiyyətləri açıq və birmənalı şəkildə öz əksini tapıb”. 
Siyasi analitikin fikrincə, bu qrupun konkret vəzifələrinin olduğunu unutmaq lazım deyil: “Üçtərəfli işçi qrupunun əsas vəzifəsi 10 noyabr bəyanatının 9-cü bəndində yer alan istiqamətlər üzrə görüləcək işlərin müvafiq siyahısını hazırlamaqdan, dəmir yolu və avtomobil yollarını müəyyənləşdirməkdən və digər bu kimi vəzifələrdən ibarətdir. İşçi qrupuna daxil olan şəxslərin sərhədlərin delimitasiya və demarkasiyası, sülh sazişi və digər bu kimi məsələlər üzrə danışıqlar aparmaq üçün səlahiyyətləri yoxdur”. 
Bununla yanaşı, E.Mirzəbəyli hesab edir ki, üçtərəfli işçi qrupunun fəaliyyətinin bərpa olunmasını müsbət tendensiya kimi qiymətləndirmək olar: “Çox güman ki, müzakirələrdə 10 noyabr bəyanatının 9-cu müddəasında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi ilə bağlı məsələlər, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə məqamlar iclasın gündəminin ana maddəsini təşkil edəcək. Ermənistanın baş naziri Nikol Paşinyanın MDB dövlət başçılarının zirvə görüşündə kommunikasiyaların açılması ilə bağlı səsləndirdiyi fikirlər, bu istiqamətdə yüksək səviyyəli razılaşmaının olduğundan xəbər verir”.
Bu görüş ərəfəsində rəsmi Bakıdan Azərbaycanın mövqeyini gücləndirən bəyanatlar da diqqət çəkir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə keçirdikləri birgə mətbuat konfransında Ermənistandakı revanş tərəfdarlarına da xəbərdarlıq edib.
“Ermənistanın revanşist və ya əməkdaşlıq seçimini etməsi artıq bu ölkənin özü və vətəndaşlarının gələcəyi üçün verdiyi qərar olacaq. Azərbaycan tərəfdaşlığa və əməkdaşlığa yönəlik qərarları hər zaman müsbət cavablandırmağa hazırdır” - nazir bildirib. Cənab Bayramov xəbərdarlıq edib ki, Azərbaycana qarşı hər hansı təhdid olarsa, buna adekvat cavab veriləcək.
44 günlük müharibə dərsindən sonra Ermənistan da, havadarları da yaxşı bilirlər ki, Bakının xəbərdarlıqları, sadəcə, söz xatirinə deyil...скачать dle 12.1