Bia.Az

“TÜRKİYƏNİN ROLU ARTIB, RUSİYA BUNUNLA HESABLAŞMAYA BİLMİR...” – Koçaryandan maraqlı etiraflar

Gündəm
 4-10-2021, 17:36     229

“Aydın görünür ki, regionda müəyyən proseslər gedir və onlar bizim xeyrimizə deyil.”

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan oktyabrın 4-də İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Koçaryan bu mətbuat konfransında olduqca maraqlı etiraflar edib və Ermənistanın hansı rəzil duruma düşdüyünü təsvir etməklə yanaşı, regiondakı geosiyasi vəziyyət, Rusiyanın Azərbaycana təsir imkanlarının məhdudlaşmasının obyektiv səbəbləri kimi mövzulara toxunub.
Koçaryan etiraf edib ki, 44 günlük müharibədə faktiki olaraq Rusiya-Ermənistan hərbi-siyasi ittifaqı Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqına uduzub: “Bu, postsovet məkanında ilk belə haldır ki, başqa bir dövlət (Türkiyə-red) birbaşa hərbi əməliyyatlarda iştirak edirdi. Buna qədər hamı Rusiyanı əsəbiləşdirməmək üçün bundan yayınırdı. Anlayırdılar ki, cavab kəskin olacaq və ona görə bu addıma getmirdilər...”
Göründüyü kimi, Koçaryan da digər erməni siyasətçiləri kimi, Türkiyənin hərbi əməliyyatlarda birbaşa iştirakıyla bağlı saxta fikir səsləndirir. Lakin burada məqsəd sadəcə Azərbaycanı və Türkiyəni “şərləmək” deyil, həm də Rusiyanın ümumilikdə MDB məkanında və xüsusilə də bizim regionda əvvəlki təsirlərə malik olmadığı gerçəyini çatdırmaqdır. Bu fikrin davamı olaraq, Koçaryan Türkiyənin regiondakı rolunun artması və Rusiyanın bununla hesablaşmaq məcburiyyətində qalması reallığına toxunub: “Situasiyanın hansı nəticələr doğuracağını söyləmək çətindir. Aydın görünən odur ki, Ermənistan artıq ya faktor olaraq mövcud deyil, ya da onun təsiri əhəmiyyətli dərəcədə azalıb. Aydın məsələdir ki, Rusiya bunu regiondakı siyasətində nəzərə alacaq. Azərbaycanla Türkiyənin rolu artıb. Rusiya bununla hesablaşmaya bilmir, xoşumuz gəlsə də, gəlməsə də, bu, faktdır. Azərbaycan Rusiya və Türkiyə ilə münasibətlərini balanslaşdırmağa daha az çalışacaq. Türkiyə ilə 7-8 birgə təlim bunu göstərdi...”

Koçaryanın fikirləri Ermənistanın yüksək ranqlı siyasətçiləri tərəfindən bu mövzuyla bağlı səsləndirilən ilk etiraf sayıla bilər. Bu, bir tərəfdən Ermənistandakı ən kəskin revanşistlər tərəfindən belə bölgədəki reallıqların, Azərbaycanın gücünün etirafıdırsa, digər yandan da Rusiyanın erməni cəmiyyətinin gözlədiklərindən fərqli davranışlarına haqq qazandırmaq cəhdidir. Çünki erməni cəmiyyəti 44 günlük müharibə və ondan sonra Moskvadan Azərbaycana münasibətdə daha kəskin addımlar, münaqişəyə birbaşa hərbi müdaxilə və s. gözlədiyi halda, Rusiyadan daha soyuqqanlı və nisbətən neytral mövqe gördü. Koçaryan da Moskvanın bu siyasətini əsaslandırmağa çalışmış və bir növ hardasa cəmiyyəti regiondakı yeni reallıqla barışmağa çağırmış olub. Bunun ardınca sabiq prezident təkcə İrəvandakı hazırkı hökuməti deyil, ümumilikdə Ermənistanı aşağılayan fikirlər səsləndirib: “Regiondakı sülh erasından danışırlar. Sual yaranır – sən kimsən, axı? Həqiqətən, bu cür ideyalar və məqsədlər ortaya qoyarkən, özün nədən ibarətsən? Ən gülünc olanı odur ki, sən danışıqlar stolunun arxasında yox, üzərindəsən və səni özün olmadan müzakirə edirlər. Sən danışıqlar prosesinin subyekti olmaqdan çıxmısan. Sən artıq çoxdandır danışıqlar prosesinin obyektisən...”
Koçaryan bununla erməni dövlətinin hansı rəzil vəziyyətə düşdüyünü ifadə edib və ermənilərə anlatmağa çalışıb ki, artıq Ermənistan 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən sonra bu bölgədə oyunçu olmaq səlahiyyətini itirib. Ümumiyyətlə, Koçaryanın bu açıqlamaları etiraflarla yanaşı, həm də onunla əlamətdardır ki, vaxtilə Azərbaycana meydan oxuyan, öz himayədarlarının yaratdığı imkanlardan istifadə edərək torpaqlarımızı işğal edən, hərbi cinayətlər törədən bu məxluqlar bu günü gördülər və bu reallığın onlar üçün yaratdığı ağrıları öz mənfur vücudlarında hiss etməkdədirlər. скачать dle 12.1