Bia.Az

SON DƏQİQƏ!!! Gürcüstandakı seçkinin İLKİN NƏTİCƏLƏRİ - Ölkədə nə baş verir...

Gündəm
 3-10-2021, 17:00     393

Gürcüstanda oktyabrın 2-də keçirilmiş yerli seçkilərin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası 64 şəhər və rayonda merlərin, yerli məclislərin müəyyənləşdiyi marafonda hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının 46,6 faiz səslə önə çıxdığını bəyan edib.

Sabiq prezident Mixail Saakaşviliyə bağlı müxalif Vahid Milli Hərəkat Partiyası 30,7 faiz səslə göstərilir.


Keçmiş baş nazir Georgi Qaxariyanın Gürcüstan Uğrunda Partiyası üçüncü yerdə gedir: 7,7 faiz.


Seçki yarışına 43 partiya qatılıb. Mer seçilmək üçün 50 faizdən çox səs toplamaq gərəkdir. Məclisə seçilməyə majoritar sistem üzrə 40 faizdən çox, partiya siyahıları üzrə 3 faiz (Tbilisidə 2,5 faiz) səs kifayət edir.


Parlament respublikası olan Gürcüstanda hökuməti parlamentdə çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gələrək hökumət qurub.


Seçki ərəfəsi Gürcüstana qayıdan Mixail Saakaşvili oktyabrın 1-i paytaxt Tbilisidə tutularaq Rustavi şəhərində həbsxanaya yerləşdirilib.


Mixail Saakaşvili prezident postunu 2004-2013-cü illərdə tutub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda ona beş cinayət işi qaldırılıb, haqqında iki həbs hökmü var. 2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkənin vətəndaşıdır, həmin il Gürcüstan vətəndaşlığından məhrum edilib.


Mənbə: 
Sputnik-georgia.ruскачать dle 12.1