Bia.Az

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Gündəm
 23-03-2020, 11:32     321

Vilayət Eyvazovdan yeni TƏYİNAT


Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub

bia.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin rəis müavini, polis polkovnik-leytenant Vahid Cəfərov sərəncama götürülüb.

Nazirin digər əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Ana Hüseynov vəzifəsindən azad edilib.

O, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinə rəis müavini təyin olunub.скачать dle 12.1