Bia.Az

Xocavəndin baş həkimi “qoçu” larına işçilərini döydürüb - ŞOK TƏFƏRRÜAT

Gündəm / Bölgə
 31-08-2021, 15:18     21

Xocavənd Mərkəzi Rayon Xəstəxanasında üç nəfər döyülərək ağır xəsarət alıb. Bu haqda Reportyor.info-ya verilən məlumata görə, döyülənlər xəstəxanın tibb işçiləri olub. Onlardan biri Məğrur İmanov adlı şəxs olub. Onun kəllə-beyin travması aldığı deyilir. Xəstəxananın digər işçisi olan Qədir adlı şəxsin isə burnu sındırılıb. Onlar elə xəstəxanaya yerləşdiriliblər, üçüncü şəxs isə evə buraxılıb. Məlumata görə, zərərçəkənlər baş həkim Kifayət Hacıyevanın adamlarının hücumuna məruz qalıblar. Buna səbəb baş həkimin əmrinə tabe olmamaq göstərilir. Nəticədə K. Hacıyeva “qoçuları” vasitəsi ilə onları cəzalandırmaq fikrinə düşüb. Döyənlərdən birinin baş həkimin qardaşı oğlu olduğu bildirilir. Qeyd edək ki, hadisə gizlədilib və baş həkim məsuliyyəti üzərindən atmağa çalışır. Lakin ortalıqda cinayət faktı varsa və zərər çəkənlər şikayət edərsə, istintaq başladıla, baş həkimin də ifadəsi alına bilər.скачать dle 12.1