Bia.Az

Goranboyun icra başçısı JURNALİST OVUNDA... - ŞOK FAKTLAR

Gündəm / Bölgə
 27-08-2021, 14:54     331

Bir neçə gün əvvəl məlum oldu ki, “Xəbər kanalı” səhifəsinin yaradıcısı Sənan Abdullayevlə jurnalist İlqar Atayev saxlanılıb.

Rəsmi məlumatlara görə, Sənan Abdullayev və İlqar Atayev haqqında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb-etmə) maddəsilə şübhəli şəxs qismində tutulublar.

Prokurorluğun məlumatında bildirilir ki, Sənan Abdullayev “Youtube” platformasında 2012-ci ildə yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Atayevlə 2021-ci ilin əvvəllərindən Goranboy Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməllərə yol vermələri barədə video-materiallar yayıb. İddia olunur ki, sonradan həmin materialların səhifədən silinməsi üçün icra hakimiyyətinin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat pul tələb edib və alanda da saxlanılıblar.

DİA.AZ bildirir ki, ilk günündən şübhəli görünən bu olayla bağlı olduqca maraqlı informasiyalar yayılıb.

Goranboydakı mənbədən dia.az-a verilən xəbərə görə, əslində sözügedən jurnalistlər zaman-zaman Goranboy RİH rəhbəri ilə bağlı müxtəlif tənqidi materiallar səsləndiriblər. Hətta elə olub ki, Goranboyun icra başçısı postunu tutan və adı müxtəlif qalmaqallarda hallandırılan Məhərrəm Quliyev həmin jurnalistlərə "YOL TAPMAQ" fikrinə də düşüb, üstünə elçilərini salıb.

Mənbə bu barədə dia.az-a danışır: "Lakin bütün cəhdləri uğursuzluğa düçar olan Goranboy RİH rəhbərliyi nəhayətdə Ayaz Sadıqov adlı birisinin "xidmətindən" yararlanıb. İcra başçısı tərəfindən hər cür "qayğı" ilə əhatə olunan Ayaz Sadıqov deyilən şəxs rəsmi "uçot"da "gözdən əlil" kimi sənədləşdirilib. Eyni zamanda onunn adı Goranboy "Komuxoz"un müftəyeyənlər siyahısında da var. Az qala ölkədə bütün əlillərin hədəfə alındığı bir vaxtda başçı tərəfindən özəl qorumaya alınan Ayaz Sadıqovun nəinki əlilliyi şübhəyə alınmayıb, əksinə ona "komuxoz"dan əlavə maaş da kəsilib. Təbii ki, belə bir "qayğı"nın bədəli də ödənməli idi..."

Mənbə iddia edir ki, Ayaz Sadıqov Sənan Abdullayev və İlqar Atayevin həbsində mühüm rol oynayıb: "Onun əli ilə həmin jurnalistlərə guya ki "youtube" kanallarının inkişafı məqsədilə rayon rəhbrəliyi adından müəyyən vəsait təqdim olunub. Maraqlıdır, ki, həmin söhbətdə hazırda həbsdə saxlanılan jurnalistlər iştirak etməyib və onlardan birinin övladı olub. Amma "torba" artıq tikilmişdi və buna rəğmən Sənan Abdullayev və İlqar Atayev həbs olunur..."

Qeyd edək ki, hazırda hələ ilkin hüquqi araşdırmalar gedir. Və güman edirik ki, bu təqdim etdiyimiz faktlar istintaq üçün də HƏQİQƏT NAMİNƏ müəyyən rola malik olacaq...

Araşdırmalarımız davam edir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...скачать dle 12.1