Bia.Az

ŞOK İDDİA: Əli Həsənov BUNA GÖRƏ NARAHATDIR... - TƏFƏRRÜAT

Gündəm / Sosial
 26-08-2021, 14:37     317

Siyasətçilərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və jurnalistlərin fikirlərinə görə şəxsi həyatla şantaj olunması dünya praktikasında rast gəlinən hadisədir. Lakin Azərbaycanda bunu daha iyrənc metodlarla vaxtaşırı həyata keçiriblər.
Buna rəsmilərin reaksiyası isə hər dəfəsində laqeyd və soyuqqanlı olub. Onlar anlamaq istəməyiblər ki, insanı şəxsi həyatla təhdid etmək, rüsvay eləmək, intim videolarını yayaraq cəmiyyətin gözündən salmaq ən alçaq hərəkətdir.
Və zaman-zaman hakimiyyətin opponentlərinin seks videoları yayılanda buna Prezidentin keçmiş köməkçisi Əli Həsənovun münasibəti o dərəcədə adi, heç nə baş verməmiş kimi olub ki, indi özü xoşagəlməz bir vəziyyətlə qarşılaşdırılıb. Nə oldu cənab Həsənov, görürsünüzmü “sirkə tünd olanda öz qabını çatladır”?!
İndi Əli Həsənov deyir ki, məni təhdid edirlər. Bununla bağlı Tvitter hesabında yazıb. Bildirib ki, o, gizli çəkilən fotosu ilə şantaj edilir.
Sitat: “Dünəndən nə zamansa tualetdə mənim gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video görüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alıram. Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaqdır”.
Anaxeber.info yazır ki, Ə.Həsənov imitasiya və qabaqdangəlmişlik edir. İddialara görə, sabiq PA məmuru barəsində real video görüntülər olduğunu və yayılacağını əvvəlcədən bilir.
Bunu önləmək üçün indidən hərəkətlənib və hakimiyyətə mesaj ötürür ki, qarşısı alınsın. Ancaq həmin videonun nədən ibarət olduğu bilinmir.
Hər halda onun fəaliyyəti ilə bağlı sensasion bir faktın ictimailəşəcəyi qorxusu ilə yaşayır. Əks halda tualetdə bir foto çəkilməsi və bununla təhdid olunması çox bayağı görünür. Axı adamı niyə tualetdəki görüntü ilə şantaj etsinlər?!
Əgər belədirsə, deməli, onun hansısa otel görüntüləri də var. Digər tərəfdən, Ə.Həsənovun tualetdə normal insanlardan fərqli hansı ritualı ola bilər ki, bunu özü üçün təhdid kimi dəyərləndirsin?
Yəni Həsənovun qorxması üçün heç bir səbəb yoxdur. Çünki hər kəs bu və ya digər formada tualetdən istifadə edir və burada çəkilmiş görüntülərin yayılması da heç kimdə təəccüb doğurmaz.
Ə.Həsənov da hamı kimi insandır və o da öz təbii ehtiyacları üçün tualetdən istifadə edir. Üstəlik, 61 yaşlı insanın bu cür görüntülərinin nə dərəcədə maraq doğuracağı da şübhəlidir.
Deməli, heç də özünün iddia etdiyi kimi tualet görüntüləri deyil, olduqca ciddi və cəmiyyətdə səs-küy qoparacaq kadrlardan söhbət gedir. Əgər doğurdan da Həsənovun sözləri həqiqətdirsə, o zaman qoy yaysınlar, tualetdən görüntülərdə nə ola bilər?!
Odur ki, iddialar onunla bağlı daha ciddi kompromat olduğundan xəbər verir. Görünür, Prezidentin sabiq köməkçisinin siyasi rəhbərliyə qarşı bağışlanmaz bir səhvi, ya da günahı olub və həmin kadrlarda təsbit edilib.
Ehtimal olunur ki, Ə.Həsənov barəsində hansı video materialın olduğunu yaxşı bilir və əl-ayağa düşüb, təşviş içindədir. Bunu qabaqlamaq məqsədi ilə indi sosial şəbəkənin ümidinə qalıb.
Baş verənlər həm də onun üçün bir dərsdir ki, zamanında blokladığı, bağlatdığı medialar, həbsə atırdığı jurnalistlər, reket damğası vurduğu mətbuat nümayəndələri, təzyiq və təhdid etdiyi, çirkab atdığı siyasi rəqiblərin yaşadıqları başına gəlir.
Buyurun, Həsənov, şantaj və təhdid nədir, indi o halınızla hiss edin! Və papağı qarşıya qoyub yaxşı-yaxşı fikirləşin, niyə tək qalmısınız, niyə bir adam sizi müdafiə etmir, nə üçün cəmiyyətdən, mediadan hələ də bu qədər sizə nifrət püskürülür, nədən bu illər ərzində fəaliyyətinizə, ətrafınıza tərəfdaş toplamağınıza, sizinlə boy-boy fotolar çəkdirənlərin olmasına rəğmən, indi onlardan heç 3 adam belə sizin yanınızda deyil?
Yaxşı bilirsiniz - çünki elədikləriniz qabağınıza çıxır, pisliklərin nəticəsidir, hər kəsi düşmən elədiniz, mətbuatı məhv etdiniz və indi də sağ ikən aqibətinizə baxırsınız.
Və hansı vəziyyətə düşmüsünüz ki, tualetdən fotonuzun olması ilə şantaj edildiyinizi yazırsınız. Amma çox gözəl bilirsiniz ki, qarşıda rezonans doğuracaq faktlar yayıla bilər və özünüzü sığortalamaq üçün indidən tualetlə şantaj məsələsini ortaya atmısınız. Bu isə inandırıcı görünmədi, təkrara nə hacət - adam tualetdə nə edir ki video və ya fotosu yayılsın...
Belə iddialar da dolaşır ki, Ə.Həsənov “KİVDF işi” və həbs edilən ləğv edilmiş qurumun icraçı direktoru Vüqar Səfərli ilə bağlı cəncələ düşüb. Ortalıqda 18 milyonluq yeyinti ittihamı var, hətta oğlunun belə adı keçir.
İstisna deyil ki, Ə.Həsənov fakt qarşısında qalıb, daha böyük miqyasda mənimsəmə üzə çıxarılıb, indisə vurduğu zərəri tam qaytarmır, ondan taladığı pulların qalanını da qaytarmaq tələb olunur, buna etmədiyi halda korrupsioner əməli haqda video paylaşılacağı haqda özünə siqnal göndərilir, o da indidən tualet söhbətini ortaya atır.
Bu gedişlə onun müxalifətə də qoşulacağı təəccüb doğurmaz. Necə ki korrupsioner Əli İnsanov bunu etmişdi. Amma Ə.Həsənov siyasi cinahını dəyişsə, tarixdə “tualet müxalifəti” kimi ad qazanacaq.
Anaxeber.info
скачать dle 12.1