Bia.Az

Yardımlı səhiyyəsində də durum BƏRBADDIR... - İTTİHAM

Gündəm / Bölgə
 20-08-2021, 14:33     322

Yardımlı rayonunda vaksin oyunu ilə bağlı Bizimxeber.az-ın elektron ünvanına məlumat daxil olub. Bildirilir ki, Yardımlı Rayon Mərkəzi Xəstəxanasında vaksinlənmə prosessi sistemsiz, daha doğrusu, müxtəlif yollarla həyata keçirilir.

Məlumatı olduğu kimi təqdim edirik:

“1-ci dozadan sonra ikincini vurdurmaq istəməyən adamlardan 30 manatdan yığılır. Saxta sənədə Rasim Əkbərov möhür vuraraq vətəndaşa təqdim edir. Bu prosessin rahatlıqla aparılmasına rayon rəhbərliyinin aidiyyatı şəxsləri də dəstək verir. Bütün bunlar azmış kimi Bakıda və diğər rayonlarda hec bir xəstəxana və həkimlərin pul müqavilində boynuna götürmədiyi saxta vaksin sənədləri almaq üçün insanları Yardımlı rayonuna dəvət edirlər. Bəzən hec gəlmədən sənədləri göndərilir və 2 vaksin dozasına 200 manat pul alınır. Sənəddə göstərilir ki, adam guya Yardımlı rayonunda vaksin vurudurub. Səhiyyə ocağında insanların həyatı ilə oynanılır. Əhali Yardımlı Mərkəzi Xəstəxanasına “Rasim Vaksin Marketi”i deyir.

Feldşerlərin, tibb bacılarının əlində vaksin pasportları və hətta səhhiyyə ocağından cıxarılan vaksin peyvəndləri gəzir.

Sual doğurur – Vaksin necə kənara çıxarıla bilər? Onu insana necə vurula bilərlər? Saxlanma, qorunma şəraiti pozulan vaksin insan həyatına necə təsir edəcək? Bu suala TƏBİB cavab verməlidir?

Dasha bir problem isə ilk dozanı 30 manata saxta yola verən adamdan ikinci dozanı saxtalaşdırmaq üçün 50 manat tələb edirlər. Hamı əlində sənəd gözləyir ki, baş həkim Rasim Əkbərov 30 manata nə zaman razılaşacaq.

Qeyd edək ki, redaksiyaya göndərilən məlumatı dəqiqləşdirmək üçün dəfələrlə Yardımlı Mərkəzi Xəstəxanası ilə əlaqə saxlasaq da suallarımıza cavab verən tapılmadı. Mövqeyi öyrənməyə çalışacağıq. Həmçinin aidiyyatı qurumlar bu faktları araşdırmalıdır. Maraqlıdır ki, bu günə kimi Yardımlı Rayon Mərkəzi Xəstəxanasında başqa rayondan gələn neçə adama vaksin pasportu verilib. Bu adamlar rayona gəliblərmi?
скачать dle 12.1