Bia.Az

Baba Rzayev Bakının bir addımlığında OD-la oynayır.. Mehdiabdın girişində neft quyusu üstündə elektrik yarımstansiyası tikilir

Gündəm / Cəmiyyət
 13-08-2021, 14:39     340

Baba Rzayev Bakının bir addımlığında OD-la oynayır..

Mehdiabdın girişində neft quyusu üstündə elektrik yarımstansiyası tikilir

Bir neçə il əvvəl Mingəçevir SES-də baş verən qəza zamanı bütün ölkə zülmətə qərq oldu. Ölkənin ən strateji qurumları, dövlət binaları işıqsız qaldı, hər şey bir anda iflic oldu. Və nəticədə ölkə iqtisadiyyatına təxminən 1 milyarda yaxın ziyan dəydi.
Bəs fərdi sahibkarlara, özəl sektora, konkret olaraq vətəndaşlara nə qədər ziyan dəydi ?
Bu barədə danışan olmadı. Bəli, əgər qəza baş veribsə, vətəndaşın elektrik avadanlıqları sıradan çıxıbsa, qurum ziyanı ödəməli idi.
Ancaq qurumun ozamankı prezidenti Etibar Pirverdiyevin heç tükü də tərpənmədi, sadəcə vəzifəsilə vidalaşmalı oldu.
Bir şeyi başa düşmək lazımdır ki, vəzifə ilə vidalaşmaq problemdən çıxış yolu deyil.
Bunları yada salmaqda məqsədimiz nədir ?
Etibar Pirvediyevin əməllərini bu gün “Azərişıq” ASC-nin sədri Balababa Rzayev davam etdirir.
Görəsən, Mingəçevirdə baş verənlər Baba Rzayev kimilərə dərs olmadı ?
Axı, anlamaq lazmıdr ki, işıq və enerji məsələsi dövlətin canıdır, ürəyidir. Ürəyi dayanmış insan nədirsə, elektrik sistemi çökmüş dövlət də elədir. İraq olsun Mingəçevirdə baş verənlər bir də təkrar olsa, onda Baba Rzayev Etibar Pirverdiyev kimi canını qurtara bilməyəcək.
Görün vəziyyət nə həddə çatıbsa, Baba Rzayevin qurumu Abşeronda, daha dəqiq desək, Mehdiabad qəsəbəsinin girişində neft quyusunun üstündə yarımstansiya tikdirir.
Təsəvvür edirsiniz, neft quyusu fəaliyyət göstərir, hər gün tonlarla neft çıxarılır və üzərində elektrik yarımstansiyası inşa edilir.
Baba Rzayev, sən başa düşürsənmi, nə edirsən ?
Xırda bir qığılcım böyük yanğına səbəb ola bilər. Özü də harada ?
Paytaxt Bakının bir addımlığında.
Onsuz da bu gün dünyada yanğınlar böyük fəlakətə səbəb olur. Sən isə göz görə-görə, odla oynayırsan. Daha doğrusu, bir ölkənin talehi ilə oynayırsan. Bu məsuliyyətsizliyi sənə kim rəvac verib.
Görəsən həmən neft quyusunun üzərində elektrik yarımstansiyası tikən icraçı-podratçı “Aran” MMC-nin müdriyyəti də başa düşmür ki, hansı fəlakətə səbəb ola bilərlər ?
Düzdür, icraçı qurum olan “Aran” MMC yaxasını kənara çəkib deyə bilər ki, mənə sifariş veriblər, mən də tikirəm.
Bəli, hüquqi cəhətdən belədir. Bəs, sizin məsuliyyətiniz, bəs sizin vətəndaş borcunuz ?
Mingəçevirdə baş verənləri unutdunuz. Bəs bir neçə il əvvəl Bakıda binada baş verən yanğın zamanı ölən uşaqları nə tez unutdunuz ?
Bəlkə, bu məsələlərə də cənab Prezident şəxsən nəzarət etməlidir ?
Bəs onda sizlər, yüksək vəzifə daşıyan şəxslər nəyə lazımsınız ?
Bəlkə ələkçinin qıl verənlərisiniz ?
Xeyr, siz qıl verənlərə qəti oxşamırsınız. Sizin başınız öz şəxsi bizneslərinizə qarışıb. Ona görə də fikriniz-zikriniz olur öz biznesinizdə və dövlət işlərini unudursunuz.
Bəli, Baba Rzayevin, başı açılır ki, bilsin, görsün Mehdiabadda nə tikirlər.
Baba Rzayevin şəxsi biznesini idarə etməyə böyük komanda lazımdır.
Komanda demişkən, Baba Rzayevin qardaşı Emin Rzayev “Azərişıq” üçün görülən işlərin pullarını yığır, tenderlərin talehini həll edir.
Bir sözlə, Azərişığın qara kassası Emin Rzayevdir.
Baba Rzayev icraçı qurumlara yalvarır ki, qurban olum, tez işləyin, Prezidentimiz açılışa gələcək…
İş başa çatır, Prezident açılışa gəlir və razı qalır. Amma..
Bəli, açılışdan sonra Baba Rzayev “qeyb olur” podratçı qurumlar onu tapa bilmir, milyonlarla pullarını ala bilmirlər.
Bəli, Baba Rzayev ən böyük korrupsionerdir. Azərbaycanda elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına qədər ciddi işlərlə məşğul olan şirkətlərin saibləri Baba Rzayevin ailə üzvləridir.
Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan Santral Elektrik LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur.
Bəli, ər-arvad Lenin demiş, Azərbaycanı elektrikləşdirməklə məşğuldur.
Allah xalqımızı neft quyuları üzərində tikilən yarımstansiyalardan, daha doğrusu, Baba Rzayev kimi məmurlardan qorusun.gundelik baki.com/скачать dle 12.1