Bia.Az

Cavid Qurbanovun da KİTABI BAĞLANIR... - İLGİNC İDDİALAR...

Gündəm / Cəmiyyət
 11-08-2021, 13:41     249

Yaxın zamanlarda “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilə bilər. Bu barədə DİA.AZ-a "Azərbaycan Dəmir Yolları” QSC-dəki mənbə məlumat verib.

Mənbə bildirib ki, yaxın zamanlarda Azərbaycan Dəmir Yolları” QSC nazirliyə birləşdiriləcək və böyük ehtimalla Cavid Qurbanov vəzifəsindən birdəfəlik alınacaq və ona birləşdirilmiş struktursa hansısa postun veriləcəyi ehtimalı mövcud deyil.

Dia.az xatırladır ki, belə bir birkləşmənin anonsu pncədən də verilib və o zaman iddia olunurdu ki, hətta cavid Qurbanov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri postuna da gətirilə bilər. Lakin hazırda sözügedən vəzifəni tutan Rəşad Nəbiyevin mövqeləri kifayət qədər möhkəmdir və ondan fərqli olaraq Cavid Qurbanov yetərincə yıpranmış fiqur olaraq xarakterizə edilməkdədir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...скачать dle 12.1