Bia.Az

Ruslan Əliyevin ƏN BÖYÜK ARZUSU... ÇİN OLACAQMI?

Gündəm / Sosial
 10-08-2021, 14:34     130

SOCAR-ın strukur sistemində islahatların keçirilməsi gözlənilir. Bu islahatlar çərçivəsində “Azəriqaz” İstehsalat Birliyinin bu Azərbaycan nəhəngindən ayrılması istisna olunmur. Busaat.az-ın əldə etdiyi məlumata görə bu “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyevin əsas arzusu və xəyalıdır.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev daha çox diqqəti cəlb etməyə çalışır. O, gah abonentlərlə canlı yayımda özü əlaqədə olur və onların şikayətlərini dinləyir, gah da şəhid ailələrini ziyarət edərək, diqqət cəlb etməyə çalışır. Lakin “Azəriqaz” İstehsalat Birliyi sədrinin populizminə baxmayaraq, “Azəriqaz” hələ də vətəndaşların ən çox şikayətçi olduğu xidmət sahələrindən biridir. Xüsusən sayğaclarla bağlı problemlər və sayğacların artıq sərfiyyat yazması ilə bağlı tükənməyən şikayətlər “Azəriqaz” şefinin populizmini bir qədər kölgədə qoyur. Buna baxmayaraq, Ruslan Əliyev mətbuatın diqqətində olmaq və ölkə rəhbərliyinin diqqətini cəlb eləmək üçün əlindən gələn hər şeyi edir.

Əldə etdiyimiz məlumata görə Ruslan Əliyevin populizmi ölkə rəhbərliyindən daha çox SOCAR rəhbərliyinin diqqətini cəlb edir. Təsdiqlənməmiş məlumata görə Ruslan Əliyev hətta SOCAR prezidenti Rövnəq Abdullayevin qara siyahısında yer alır. Lakin Ruslan Əliyevin bundan çəkinmədiyi və əsas hədəfinin SOCAR-ın Məşvərət Şurasının, xüsusən də İqtisadiyyat naziri Mikayıl Cabbarovun gözündə işgüzar kadr kimi görünmək olduğu bildirilir.

Lakin yuxarıda da qeyd etdiyimiz kimi, “Azəriqaz” İstehsalat Birliyindən şikayətlərin artması onun Mikayıl Cabbarovun yanında etimadını azaldan faktor olmaqda davam edir.

Bəzi məlumatlara görə isə SOCAR rəhbərliyi Ruslan Əliyevə fundamental zərbə vura bilmək üçün “Azəriqaz” İstehsalat Birliyində daxili yoxlamaya start verib. Bu yoxlamaların nəticəsi isə SOCAR-ın Müşahidə Şurasında müzakirə olunacaq. (busaat.az)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.скачать dle 12.1