Bia.Az

BMT TŞ iclasları təxirə saldı - Koronavirusa görə

Gündəm
 17-03-2020, 13:21     384

BMT TŞ iclasları təxirə saldı - Koronavirusa görəBirləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası koronavirusun yayılması səbəbindən bu həftə iclasları təxirə salıb.

“İnterfaks” BMT-nin Baş katibi Antonio Quterreşin açıqlamasına istinadən xəbər verir ki, katibliyin işçiləri təcili ehtiyac olmadığı təqdirdə uzaqdan işləyəcəklər.

İki gün əvvəl BMT-nin Nyu-Yorkdakı 50-dən çox diplomatik nümayəndəliyinin koronavirusa görə tam və ya qismən uzaqdan iş rejiminə keçdikləri bildirilib.

Xatırladaq ki, BMT-nin baş ofisi koronavirus infeksiyasının ən yüksək nisbətinin qeydə alındığı Nyu-Yorkda yerləşir.

Martın 16-na olan məlumata görə, Nyu-York ştatında 950 nəfərdə koronavirusa yoluxma faktı aşkar edilib. Yeddi nəfər bu virusdan ölüb.скачать dle 12.1