Bia.Az

“Özünlə qarpız gətirmisənsə, 20 manat ödəməlisən” - Lənkərandakı “Carnaval-beach” çimərliyində şok qayda

Gündəm / Bölgə
 28-07-2021, 09:00     321

Xəzərin sahilində yerləşən Lənkəranda yararlı pulsuz çimərlik yoxdur. Sahibkarlar və məmurlar tərəfindən zəbt edilən çimərliklər isə ödənişli əsaslarla fəaliyyət göstərir.



Asiya TV xəbər verir ki, çimərliklərin əksəriyyətində giriş haqqı 1 manat olsa da, əhali bəzən daha baha xidmətlər təklif edən çimərliklərlə rastlaşır.
Belə çimərliklərdən biri də şəhərin Sutomurdov qəsəbəsində yerləşən “Carnaval Hotel”in nəzdində fəaliyyət göstərən “Carnaval-beach” çimərliyidir. Çimərlik bu ildən fəaliyyətə başlayıb.

Bildirək ki, həmin otel 10 ildən artıq idi ki, “Palmalife Lenkaran Resort” otel adı altında “Palmali” şirkətlər qurupuna məxsus idi. “Palmali” şirkətlər qrupunun prezidentinin həbs olunmasından ustalıqla istifadə edən yerli iş adamı Raqib Məmmədov, həmin otel və çimərliyi su qiymətinə ələ keçirməyə nail olub.
Əhali arasında "Asfalt Raqib" kimi tanınan "Lənkəran Yol Tikinti" Açıq Səhmdar Cəmiyyətinin sədri və bir neçə müəssisənin sahibi olan Raqib Məmmədovun “Carnaval-beach”də təyin etdiyi qiymətlər isti yay günlərində çimərliyə gələnlərə başqa bir od qoyur.

Belə ki, girişi 1 nəfər üçün 1 manat olan çimərlikdə “besetka”dan istifadə etmək üçün 5 manat,
əgər özünüzlə yemək gətirmisinizsə, əlavə 5 manat, gətirdiklərinizin arasında qarpız və yemiş varsa, bunun üçün əlavə 20 manat ödəməlisiz.

Görəsən Dövlət Vergi Xidmətinin “Carnaval Hotel”-də baş verən bu kəllə-çarx qiymətlərdən xəbəri varmı?

Belə çıxır ki, xəbərləri yoxdur. Çünki çimərlikdə göstərilən “xidmətlər” üçün müştərilərə heç bir qəbz verilmir.скачать dle 12.1