Bia.Az

Göyçayda polis rəisinin müavini qoçuluq edir - Foto+Video

Gündəm
 2-07-2021, 16:47     528

Azinfo.tv-nin redaksiyasına Göyçay rayonundan maraqlı fakt daxil olub. Göyçay rayon Hacalıkənd sakini Şıxəliyev Eldar Muxtar oğlu qeyd edir ki, 6 aydan artıq müddətdir ki ,ona və qonşusu Abdullayev Vahid Qara oğluna məxsus su bərəsinə su gəlməsinə imkan vermirlər.
Vətəndaş Eldar Şıxəliyevin dedikləri: Bu su bərəsi Göyçay rayon suvarma idarəsinin suvarma zolağına aiddir. Yəni qeyd edilən ərazinin kiçik qardaşım Şıxəliyev Şövqi Muxtar oğluna heç bir aidiyyatı yoxdur. Qardaşım əraziyə suyun gəlməsinə açıqca maneçilik edir. Ona havadarlığı Göyçay rayon polis şöbəsinin xidmət üzrə rəis müavini Fəxri Aslanov edir. Yəni qeyd edilən əraziyə suyun verilməsi qardaşım Şövqi Şıxəliyevə heç bir maneçilik törətmir.



Sadəcə burada söhbət ondan gedir ki, rəis müavini Fəxri Aslanovun oğlu, Taleh Aslanov ali təhsillidir və Beyləqanda yerləşən hərbi hissələrdən birində xidmət edir. Bu adam sadəcə hərbi bilet xatirinə xidmət edir. Adamın adı hərbi hissədə, özü isə bütün günü Göyçayda kafelərdə, kazino və qumarxanalardadır. Yalandan deyirlər ki, güya Taleh Aslanov Qarabağ qazisidir və döyüşlərdə yaralanıb. Qoy ictimaiyyət üçün də açıqlasınlar görək, adam nə vaxt, harada, hansı bölgədə döyüşdü və harasından yaralandı? Bu adam ay ərzində cəmisi 2-gün hərbi hissədə olur. Qalan günləri Göyçayda gəzir. Bunlar əslən Şəmkirlidir. Şəmkirə gedəndə Fəxri Aslanov oğlunu aparmır ki, qoy camaat, tanış-biliş desin ki, kişinin oğlu kişi kimi vətənə xidmət edir. Ancaq reallıq budur ki, oğul Aslanov ata Aslanovun sürücüsü ilə birlikdə axşama kimi kafe, restoran və qumarxanalarda kef edib, vaxt öldürürlər. Mən bunların bu kimi əməllərini ifşa etdiyimə görə məni öz yaxınlarımın və sairlərin əli ilə şərləyib həbs elətdirmək istəyirlər. Mən burdan bütün ölkəmizdə fəaliyyət göstərən KİV vasitələrinə müraciət edərək onlardan bu məsələni ictimailəşdirmələrini xahiş edirəm. Cənab prezidentimizdən kömək istəyirəm. Cənab prezident, imkan verməyin ki,qanunları ayaqlayan, dövləti və xalqı aldadan, vətənin ağır günlərində övladını döyüşdən gizlədən və şəxsən sizin etimadınızdan sui-istiadə edən bir polis məni həbs edərək, ailəmi başsız qoysun. Fəxri Aslanovun Göyçayda etmədikləri qanunsuzluqlar qalmadı. Bu adam vəzifəsindən sui-istifadəyə yol verir. İcra başçısı Mehdi Səlimzadə, icra başçısının müavini İkram Vəliyev, polis rəisi və sairləri dəfələrlə şikayət etməyimə baxmayaraq heç bir tədbir görmürlər. Bu məmurların hamısı əlbirdir. Mehdi Səlimzadə Göyçayda o yer qalmadı ki, satmasın. Ağacları kəsdirib yerində obyektlər tikdirir. Rayonda ən böyük mafioz icra başçısının müavini İkram Vəliyevdir. Cənab prezident, sizdən xahiş edirəm, bizə kömək edin. Bizi yayın oğlan çağında susuzluqdan öldürürlər.
Redaksiyadan: Yazıda adları çəkilən dövlət rəsmilərinin də fikirlərini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.
Elçin İsmayıllı.


Göyçayda polis rəisinin müavini qoçuluq edir - Foto+Video
Göyçayda polis rəisinin müavini qoçuluq edir - Foto+Video
Göyçayda polis rəisinin müavini qoçuluq edir - Foto+Video
скачать dle 12.1