Bia.Az

Elçibəy barədə

Gündəm
 25-06-2021, 09:19     261

İyunun 24-ü Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günüdür.

1938-ci ildə Ordubadın Kələki kəndində doğulan Əbülfəz Elçibəy indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misir Ərəb Respublikasında çalışıb, sonra Bakıda elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
1975-ci ildə antisovet təbliğatında günahlandırılaraq həbs edilib. 1977-ci ildə həbsdən buraxılandan sonra Əlyazmalar İnstitutunda işləyib.
1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə (sonradan Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrlik edib.
Əbülfəz Elçibəy 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib. Həmin ayın 17-dən prezident kimi and içərək vəzifəsinin icrasına başlayıb. 1993-cü il iyunun 17-də hərbi qiyam səbəbindən paytaxtı tərk edərək doğma kəndinə köçüb. İyunun 24-də Milli Məclisin qərarı ilə vəzifədən uzaqlaşdırılıb. Avqustun 29-da bu qərar ümumxalq referendumunda təsdiqlənib.
1997-ci ildə paytaxta dönən Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də ağır xəstəlikdən müalicə aldığı Türkiyə paytaxtı Ankarada vəfat edib, avqustun 23-ü Azərbaycan paytaxtında, Fəxri xiyabanda dəfn olunub.
Novator.az-ın məlumatına görə, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu yazır ki, milli azadlıq hərəkatının lideri olmuş Əbülfəz Elçibəy hər zaman həsrət və heyranlıqla xatırlanır: “Elçibəy hakimiyyətinin idarəçiliyindən razı olmadığım məqamları heç vaxt qabartmamışam, həmin hakimiyyəti bəzi təmsilçilərindən də çox müdafiə etmişəm. Çünki Elçibəy hakimiyyəti müstəqilliyimizin bərpasından ötən 29 ildə xalqa yaxın olmuş yeganə hakimiyyətdir.
Azərbaycan Demokratiya və Rifah Hərəkatını quranlar Əbülfəz Elçibəy yoluna sadiq insanlardır. Bu gün onlarla birlikdə Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy yolunda davamlı mübarizə aparmaqdan şərəf duyuram”.
AXCP funksioneri Fuad Qəhrəmanlı Əbülfəz Elçibəyin sevdiklərinin cəfasına qatlaşan fədakar lider, siyasi rəqiblərinə deyil, siyasətin özünə səmimiyyəti, dürüstlüyü, əxlaqı və xalq sevgisi ilə qalib gələn pak insan, ömrünü azadlıq mücadiləsinə, haqq davasına qurban demiş mübariz kimi xatırlandığını yazır.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu qeyd edir ki, 24 iyun Azərbaycanı ikinci dəfə müstəqilliyinə qovuşdurmuş milli azadlıq hərəkatının lideri, ölkəmizin ilk və yeganə qanuni prezidenti olmuş, dövlət başçısı olan vaxt ayaqqabı istəyən qızına “maaş alanda alaram” deyən, xalqın bir qəpiyinə göz dikməyən, qısa prezidentliyi dövründə inanılmaz böyük işlər görmüş və son nəticədə vətən xainlərinin törətdiyi qiyamın qarşısını ala bilməyərək devrilmiş Əbülfəz Elçibəyin doğum günüdür.скачать dle 12.1