Bia.Az

“ƏLİYEV BU AXMAĞI BARMAĞINA DOLADI...” – “O liftdəki görüşü xatırlayırsınız?”

Gündəm
 12-06-2021, 12:27     251

Ermənistanda növbədənkənar seçki öncəsi siyasi qüvvələrin qarşılıqlı təhqir və təhdidləri havada uçuşur. Müxalifət yenə də hakimiyyəti əsas etibarilə 44 günlük müharibədəki biabırçı məğlubiyyət üzərindən “vurur”.

“AzPolitika.info” xəbər verir ki, sabiq prezident Serj Sarqsyan ötən gün təmsil olunduğu seçki blokunun keçirdiyi görüşdə yenə Nikol Paşinyanı sərt tənqid və təhqir edib.

Bu dəfə Sarqsyan Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə açıq-aşkar uduzduğunu və onunla mübarizə aparmaq iqtidarında olmadığını bildirib: “O liftdəki görüşü xatırlayırsınız? İlham Əliyev bu axmağı barmağına doladı və öz işini görməyə başladı”.
Sarqsyan deyib ki, Paşinyanın komandası lap əvvəldən ermənilərin arasında “Qarabağı verib, sülh içində yaşamaq” təbliğatını aparıb: “Onlar hakimiyyətə gələndən sonra bu tezis gücləndi”.

Sabiq prezident əlavə edib ki, Paşinyan hakimiyyətdə qaldıqca, Ermənistanın güclü ordusu və təhlükəsizliyi olmayacaq.скачать dle 12.1