Bia.Az

ERMƏNİSTAN ÜÇTƏRƏFLİ KOMİSSİYADAN ÇIXDI – “Hazırda Azərbaycan tərəfi ilə əlaqə yoxdur”

Gündəm
 2-06-2021, 17:15     291

Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiya işini dayandırıb.

Bunu, Ermənistan Baş nazirin müavini səlahiyyətlərini icra edən və Komissiyanın işçi qrupuna rəhbərlik edən Mqer Qriqoryan bəyan edib.
Qriqoryan “Armenpress”-ə açıqlamasında regional kommunikasiyaların, o cümlədən nəqliyyatın açılması üçün fəaliyyətə başlayan komissiyada iştirakdan imtinalarının səbəbini belə açıqlayıb: “Effektiv və məhsuldar iş üçün müvafiq fon lazımdır. Sərhəddə belə bir vəziyyət isə hələki yoxdur. Düşünmürəm ki, bu şəraitdə konstruktiv dialoq mövcud ola bilər. Hazırda bu xəttə kontaktlarımız kəsilib, görək, qarşıda nə olur. Sonuncu insidentdən sonra Azərbaycan tərəfi ilə əlaqə yoxdur”.
“AzPolitika”скачать dle 12.1