Bia.Az

"Elə danışılırdı ki, sanki hər şey bitib" - Tomas Tuhel

Gündəm
 13-03-2020, 10:35     353

"Elə danışılırdı ki, sanki hər şey bitib" - Tomas Tuhel“Azarkeşlər çox gözəl idi. Oyundan əvvəl bizi güclə təmin edilər. Biz avtobusda onlarla birlikdə oxuyurduq.Bu qələbəni azarkeşlərə həsr edirik".

bia.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/8 finalında "Borussiya"ya 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra deyib.

"Biz komanda şəklində oynadıq. Bunu göstərmək bizim üçün ən vacibi idi. Belə bir komandanın məşqçisi olmaq xoşdur. Biz son 28 matçdır məğlub olmuruq. Təkcə “Borussiya”ya 1 top fərqi ilə uduzmuşduq. Ancaq elə danışılırdı ki, sanki çempionatda dördüncüyük, burda isə hər şey bitib. Hər kəs tənqidçi olmaq istəyir. Çünki tənqid etmək asandır" - deyə o bildirib.

T.Tuhelin sözlərinə görə, həmişə oyunun gedişatını nəzarətdə saxlamağa çalışırlar: "Birinci hissədə buna tamamilə nail olduq. Dözmək məcburiyyətində olduğumuz bəzi anlar oldu. Rəqib sahəni bağlayırdı. Ancaq futbolçularımın hər biri yaxşı çalışdı.Biz bunu planlaşdırmırdıq, amma belə alındı. Rəqibi əks-hücumlarla hədələməyə davam etdik".скачать dle 12.1