Bia.Az

OPERATİV QƏRARGAH BRİFİNQ KEÇİRDİ - Hansı qərarlar elan edildı? + VİDEO

Gündəm
 6-05-2021, 14:39     632

Nazirlər Kabineti yanında operativ qərargahın növbəti brifinqi keçirilib. Brifinqdə Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini Teymur Musayev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva iştirak ediblər. 

Tədbirdə pandemiya ilə bağlı ölkədəki son vəziyyət haqda məlumat verilib.

T.Musayev bildirib ki, Azərbaycanda koronavirus infeksiyasına qarşı aparılan vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq:Vaksinasiyanın əsas prinsipləri könüllülük və şəffaflıqdır. Bu prinsipləri tam qorumaqla vaksinasiya kampaniyası yanvar ayından başlayaraq uğurla aparılır. Səhiyyə qrupları arasında demək olar 90 faizi vaksinasiya aparılıb. Təhsil sektorunda çalışanlar da bu rəqəmə yaxınlaşır. Son 2 həftə ərzində çarpayı fondunda yatan xəstələrin sayı azalmaqdadır. Bəlli olduğu kimi, dünyada vaksin uğrunda həqiqi müharibə gedir. Ölkələr arasında vaksinlərin bölgüsü qeyri-ədalətlidir. Prezidentimizin beynəlxalq nüfuzu sayəsində ölkəmizə vaksinlərin davamlı gətirilməsi tam təmin edilib”.

Bayramda məhdudiyyət olmayacaq

Teymur Musayev deyib ki, Ramazan bayramı günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq. Yeganə məhdudiyyət ictimai nəqliyyatla bağlıdır.

Mayın 10-dan etibarən 18 yaşına çatmış Azərbaycan vətəndaşları vaksin oluna bilər

T.Musayev bildirib ki, bugünkü brifinqdə vaksin strategiyasının növbəti mərhələsini elan edəcək: “Vaksinin mövsümi xarakter daşıdığı da deyilir, ola bilsin ki, növbəti fəsillərdə yenidən vaksinləməyə ehtiyac duyulsun. Ölkəmiz vaksin istehsalçıları ilə daimi əlaqədədir və vaksinlər alınaraq Azərbaycana gətiriləcək. Bizim ölkəmizdə istifadə olunan bütün vaksinlər təhlükəsizdir. Mayın 10-dan etibarən 18 yaşına çatmış Azərbaycan vətəndaşları vaksin oluna bilər”.

Azərbaycan bu gün 1600 nəfər ilk dozanı alıb

Səhiyyə nazirinin birinci müavini Teymur Musayev bu barədə məlumat verib. Onun sözlərinə görə, iki dozanı almış vətəndaşlar arasında yoluxma sayı aşağı səviyyədədir. Azərbaycana son günlərdə Sputnik-V vaksini gətirilib: “Onların da tətbiqinə başlanılır. Ölkəmizə gətirilən vaksinlər tam təhlükəsizdi”.

Nazir müavini onu da deyib ki, vaksinasiya edilənlər digər qoruyucu vasitələrdən imtina etməməlidir. Digər qoruyucu vasitələrdən istifadə mütləq və məcburidir.

Yoluxanların 54 faizi Bakının payına düşür

Y.Qarayeva isə məlumat verib ki, yoluxanların 54 faizi Bakının payına düşür. Bakıda Binəqədi və Xətaidə yoluxmalar hər zaman yüksək olub.

“Yeni yoluxmalar daha çox ötən ilin noyabr-dekabr aylarında olub. Yoluxmaların sayında mərhələli şəkildə enmə müşahidə olunur. Yoluxma əmsalı 10 faizə yaxınlaşır. Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altında saxlanlır. 30-59 yaş arası insanlarda yoluxma halları çox olur və bu göstərici həmişə eyni olub”,- Qarayeva deyib.
Qarayeva əlavə edib ki, qadın və kişilər arasındakı bölgü ddəyişməyib. Ən çox yoluxma qadınlarda rast gəlinir: Hindistandakı yoluxma sayı bizi narahat edir”.

Onun sözlərinə görə, dünyada koronavirus səbəbindən həyatını itirənlərin sayı 3 milyondan çoxdur. Son dövrlər Hindistandakı yoluxma sayı narahatlıq doğurur: “Hindistanda hər gün yoluxma və ölüm saylarında rekordlar qırılır. Artıq rəsmi olaraq təsdiq olunub ki, Hindistanda virusun yeni mutasiyası qeydə alınıb. Mutasiyalar viruslara xas olan prosesdir. Hələ ki, Hindistanda aşkarlanan mutasiya və ştammın xəstəliyin ağırlaşmasına səbəb olması ilə bağlı araşdırmalar yoxdur. Azərbaycanda da bunu aşkarlamaq üçün testlər aparılır. Ancaq hələ buna rast gəlinməyib. Yeni məlumat olsa, açıqlama verəcəyik”.скачать dle 12.1