Bia.Az

SON DƏQİQƏ! Rusiya Ukrayna ilə sərhədə 100 mindən çox qoşun yığıb - Jozep Borreldən SENSASİON ACIQLAMA

Gündəm
 21-04-2021, 14:45     386

Rusiya Ukrayna ilə sərhədə və ilhaq etdiyi Krım yarımadasına 100 mindən çox qoşun yığıb. Novator.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib.

Borrel məlumatın mənbəyini, yəni rəqəmi haradan aldığını açıqlamayıb.

Avropa İttifaqının baş diplomatı vəziyyətin daha da kəskinləşə biləcəyi sarıdan narahatlığını ifadə edib.
Bütün bunlara baxmayaraq Cozep Borrel hazırda Rusiyaya qarşı yeni iqtisadi və siyasi sanksiyaların planlaşdırılmadığını söyləyib.
ABŞ-ın Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Ukraynanın Krım yarımadasını ilhaq etdiyi 2014-cü ildən bəri Krıma və Ukrayna ilə sərhədə heç vaxt olmadığı qədər hərbi güc cəmləyib. Əraziyə on minlərlə rus həbçisinin cəlb olunduğu deyilsə də, qoşunun sayı barədə konkret rəqəm göstərilməyib.
Eyni zamanda ABŞ Dövlət Departamenti Rusiyanın Qara dənizdə – Krım yaxınlığında xarici gəmilərin hərəkətini müvəqqəti olaraq məhdudlaşdırmasından narahatlığını ifadə edib. Departament bunu Moskvanın Ukraynada sabitliyi pozmaq üçün apardığı kampaniyanın bir hissəsi kimi qiymətləndirib.
ABŞ-ın Federal Mülki Aviasiya Administrasiyası isə potensial risklərə görə Ukrayna-Rusiya sərhədi yaxınlığında uçuşlar zamanı son dərəcə ehtiyatlı olmağa çağırıb.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib. 2021-ci ilin xüsusilə mart ayından ABŞ-Rusiya və Rusiya-Ukrayna münasibətləri xeyli gərginləşib və Ukrayna ilə Rusiya arasında yeni müharibə ehtimalı yaranıb.скачать dle 12.1