Bia.Az

RUSİYA SÜLHMƏRAMLILARI QARABAĞDAN GEDƏRSƏ NƏ OLACAQ? - Prezidentin şərhi

Gündəm
 13-04-2021, 13:35     261

“Ermənistanla Azərbaycanın Tovuz, Qazax, Ağstafadan keçən dövlət sərhədində sülhməramlı yoxdur və heç bir şey baş vermir. Üstəlik, Azərbaycan sərhədçiləri hazırda Zəngilanda erməni kəndlərindən 5 metr aralıda durublar. Heç bir şey baş vermir. Ermənistan ordusu məhv edilib, o mövcud deyil.”


“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində rusiyalı sülhməramlıların getməsindən sonra Qarabağdakı vəziyyətin necə inkişaf edəcəyi sualını cavablandırarkən deyib.

Prezident Azərbaycan tərəfinin xoşməramlılığına nümunə olaraq Qafanı Yerevanla birləşdirən 21 kilometrlik yolu göstərib: “O, bizim ərazimizdən keçir, orada sərhədçilərimiz dayanıb, orada hətta “Azərbaycana xoş gəlmisiniz” plakatı da quraşdırılıb. Onun niyə orada erməniləri qıcıqlandırdığını bilmirəm, biz sadəcə onları öz ərazimizdə salamlamaq istəyirdik, ora bizim ərazimizdir, amma onlar hətta plakata atəş açıblar. Yolu bağlaya bilərdik, amma bunu etmirik”.

“Müharibədən sonrakı vəziyyət çox kövrəkdir. Atəşkəsə riayət olunmasına baxmayaraq, münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var" - deyə, Prezidenti İlham Əliyev  bildirib.

Dövlət başçısı münaqişədən sonrakı inkişaf və əməkdaşlıq olduğunu vurğulayıb: “Buna görə, iştiraka görə hər kəsə təşəkkür edirəm. Biz bunu yalnız bölgədə baş verən hadisələrə maraq kimi deyil, həm də 30 ildir işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı ilə həmrəylik əlaməti olaraq qəbul edirik.”скачать dle 12.1