Bia.Az

"MOSKVA İLƏ İRƏVAN ARASINDA QARANLIQ ƏMƏKDAŞLIQ VAR" - "Söhbət silah bazarını titrədəcək məsələdən gedir...”

Gündəm
 8-04-2021, 12:54     31

Hərbi ekspert:"Azərbaycan Rusiyadan ağlabatan izahat gözləyir"

"Ermənistana nüvə başlığı daşıya biləcək raketlər kimin vasitəsilə, nə vaxt və hansı şəraitdə verilib?

"Nüvə başlığı daşıya bilən raketin seriya və partiya nömrəsi, onun hansı tarixdə istehsal edildiyini və hansı raket briqadasının, alayının və ya divizionunun silahlanmasında mövcud olduğunu bir neçə saat içində təyin etməyə imkan verir".

"AzPolitika.info" xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev Rusiya Federal Təhlükəsizlik Xidməti Hərbi Əks-kəşfiyyat Departamentinin Ermənistanda nəzərdə tutulmamış "İsgəndər-M" raketlərinin olması və onların Dağlıq Qarabağda tətbiqilə bağlı araşdırmalara başlaması barədə xəbərə münasibət bildirərkən deyib.
"Əgər raketlərin daşınması izlərini tapmaqda çətinlik çəkirlərsə, o zaman 2020-ci ilin iyulun 14-dən sonra Rusiyadan İrəvana intensiv uçan yük təyyarələrinə diqqət yetirsinlər. Rusiya Müdafiə Nazirliyinin baş verənləri fərqli istiqamətə yönləndirmək üçün bəhanə fikirləşməsinə bir həftə yetərli olmalı idi. Azərbaycan üçün bu təyyarələrdə daşınan silah və sursatın tam çeşidi maraq doğurur. Təəssüf ki, Rusiya keçən 9 ay ərzində bu təchizatın tərkibi barədə rəsmi mövqe ortaya qoymayıb",- deyə ekspert vurğulayıb.

Ə. Verdiyevin sözlərinə görə, həm Vətən Müharibəsindən əvvəl, həm müharibə zamanı Rusiyanın Ermənistana hərbi dəstəyini kimsə indiyə kimi inkar etməyib: "Amma bu dəfə qadağan olunmuş raketin ixracından söhbət gedir. Bu kifayət qədər ciddi məsələdir. Bu silahlar həm atəş məsafəsinə görə, həm də 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanan “Orta və yaxın mənzilli raketlərin ləğvi” haqqında müqaviləyə görə onlar nəinki ixrac edilə bilməzdi, hətta onlar məhv edilməli idi. Konvensiyalar mənzili 300 km-dən uzaq raketlərin ixracını qadağan edir. Belə görünür ki Ermənistan və Rusiya arasında hansısa bir qaranlıq şəkildə əməkdaşlıq var. Bu barədə beynəlxalq sənədlərdə qeydlərə rast gəlinmir. Ermənistanın nüvə başlığı daşıya biləcək silahlara malik olması haqqında kimsəyə məlumat verməyib. Bu məsələ araşdırılmalıdır. Burada söhbət silah bazarını titrədəcək məsələdən gedir”.

Ə.Verdiyev vurğulayıb ki, Rusiyanın ciddi ittihamlar qarşısında susqunluğu Azərbaycan ictimaiyyətini qane edə bilməz: “Rusiya qlobal bir güc kimi həm sputnikdən, həm də radiolokatsiya sistemləri vasitəsilə hətta Sakit və Hind okeanlarının dərinliklərindən belə buraxılan ballistik qanadlı raketin buraxılışlarını izləyə bilir. Belə olan halda Ermənistan ərazisindən Qarabağda Azərbaycan ordusunun mövqelərinə qarşı zərbə endirən raket buraxılışının Rusiyanın görməməsi böyük suallar yaradır. Rusiyanın susqunluğu da bizi çox narahat edir. İndiyə kimi bu raketlərin atılması barədə rəsmi mövqeyini ortaya qoymayıb".
Hərbi ekspertin sözlərinə görə, Rusiyadan Azərbaycan ictimaiyyəti daha anlaşılan və ağlabatan hesabatlar, açıqlamalar gözləyir.
"Bu raketlər kimin vasitəsilə nə vaxt və hansı şəraitdə Ermənistana verilib? Niyə bu barədə beynəlxalq təşkilatlar maraqlandırılmayıb? Bu raketlərin burxılması kim tərəfindən həyata keçirilib və buna kim icazə verib? Bunlar kifayət qədər ciddi suallardır. Düşünürəm ki Rusiya burada ipucunu çıxartmaqda çətinlik çəkərsə, o zaman 2020-ci ilin iyul ayının 14-dən başlayan intensiv yük təyyarələrinin nə daşıdığına diqqət yetirməlidir”,-deyə Ə. Verdiyev fikirlərini yekunlaşdırıb.
скачать dle 12.1