Bia.Az

ƏLİ ƏHMƏDOVUN YAP-dakı VƏZİFƏSİ LƏĞV OLUNDU - Partiyaya cari rəhbərlik yeni şəxsə tapşırıldı + FOTO

Gündəm
 6-03-2021, 13:04     346

Yeni Azərbaycan Partiyasının (YAP) yeni Nizamnaməsinə uyğun olaraq, YAP sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Bu barədə YAP-ın Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, yeni struktur islahatlarına əsasən, YAP-da İcra katibliyi Mərkəzi Aparatla əvəzlənib. YAP-ın icra katibi Əli Əhmədovun yerinə, həmin səlahiyyətləri Tahir Budaqov həyata keçirəcək.

Xatırladaq ki, Əli Əhmədov partiyanın icraçı katibi kimi YAP-a cari rəhbərliyi həyata keçirirdi. Qurultayda bu səlahiyyət onun əlindən alınıb. Heç şübhəsiz, bu qərar Əhmədovun “köhnə qvardiya”ya sıx bağlı olması İilə əlaqədar verilib.
Bundan sonra YAP-a cari rəhbərliyi Tahir Budaqov həyata keçirəcək. 

Qeyd edək ki, "AzPolitika.info" bir neçə gün əvvəl Əli Əhmədovun YAP-dakı vəzifəsindən çıxarılcağı barədə məlumat vermişdi. 
"Partiyanın icraçı katibi Əli Əhmədov da postundan gedəcək, amma onun rəhbər orqanlarda təmsilçiliyi qalacaq” -deyə, mənbə saytımız bildirmişdi. 

Tahir Budaqov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədridir. O, 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Tibb elmləri namizədidir (1992).

1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.

3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasının İdarə Heyətinin sədridir. 

18 noyabr 2017-ci ildə n Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilmişdir.

BİA.AZ
скачать dle 12.1