Bia.Az

İcra başçısı su cərşənbəsini qəhrəman qazinin ailə üzvləri ilə birlikdə kecirdi - FOTOLAR

Gündəm / Siyasət
 23-02-2021, 19:13     384

Quba rayonunda şəhid ailələri ilə yanaşı Vətən Müharibəsi qaziləri də daim diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti, aidiyyəti digər rayon təşkilat rəhbərləri ilə birlikdə belə ailələrə baş çəkilir, problemləri öyrənilir və yerində maddi- mənəvi dəstək göstərilir.

BİA.AZ xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bu gün rayonun Utuq kəndində Vətən müharibəsi qəhrəmanı polkovnik, briqada komandiri Mövlamov Nizami Bəydəmir oglunun ailəsində olub, su cərşənbəsini onun ailə üzvləri ilə birlikdə kecirib.

Qeyd edək ki, Mövlamovlar ailəsi Qubada qəhrəman qazilər ocagı kimi tanınır. Polkovnik Nizami Mövlamova vətən uğrunda haqq savaşında igidliyinə görə “Vətən müharibəsi qəhrəmanı“ adı verilib. O, həmcinin “Fizulinin azad olunması ugrunda“, “Cəbrayılın azad olunması ugrunda“, “Xocavəndin azad olunması ugrunda“, “Şuşanın azad olunması ugrunda“ və “İgidliyə görə“ medalları ilə təltif olunub. Qəhrəman qazinin qardaşı Tərlan Mövlanov da polkovnik-leytnantdır, birinci ordu korpusunun artileriya rəisinin müavinidir. 44 günlük Vətən Müharibəsində göstərdiyi şücaətə görə “Azərbaycan Bayragı“ ordeninə layiq görülüb. Mövlamovlar ailəsinin daha bir üzvü - Mövlamov Lacın Şahin oglu baş leytinantdır, artileriya briqadasının komandiridir. O da vətən savaşında igidliyinə görə “Zəngilanın azad olunmasl ugrunda“, “Qubadlının azad olunması ugrunda“və “Cəbrayılın azad olunması ugrunda“ medalları ilə təltif olunmuşdur.

Görüşdə qəhrəman qazimiz Nizami Mövlamov və ailə üzvləri hər zamankı kimi göstərilən diqqət və qayğıya görə ilk növbədə Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edərək bu ənənəni davam etdirən Rayon İcra Hakimiyyəti başçısına təşəkkür edib.

RİH başçısı Ziyəddin Əliyev Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçusu ilə səmimi söhbət apararaq 44 günlük Vətən Müharibəsinin Azərbaycan xalqına zəfər sevincini bəxş etməsi ilə yanaşı, qəhrəmanlarımızıı bir daha xalqa tanıtmasını qeyd edib. O vurğulayıb ki, neçə-neçə igid oğullar vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmışdır. Ən qısa zamanda bu şöbənin əməkdaşları mütamadi olaraq müharibə iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.








BİA.AZ
скачать dle 12.1