Bia.Az

RUS ORDUSU AZƏRBAYCAN SƏRHƏDİNƏ GƏTİRİLİR – “Üzərimizə əlavə basqı yaratmaq məqsədi güdülür...”

Gündəm
 23-02-2021, 11:19     116

Ermənistanın Müdafiə naziri Vaqarşak Arutunyan Rusiyanın “RİA Novosti” agentliyinə verdiyi müsahibədə deyib ki, Rusiya sərhədçiləri Türkiyə və İrandan sonra Azərbaycanla sərhəddə də yerləşməyə başlayıblar. Bu məqsədlə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının bir hissəsinin Ermənistanın şərqinə dislokasiyasına başlanacaq.

Bu addımın atılmasında əsas məqsəd nədir və proses Azərbaycana nə vəd edir?


Siyasi şərhçi Şahin Cəfərli bildirir ki, Azərbaycandan Ermənistana hər hansı hücum gözlənilmir. Əən azı nə qədər ki, Ermənistan ikitərəfli və çoxtərəfli anlaşmalar çərçivəsində Rusiyanın mühafizəsi altındadır, Bakıda kimsə belə bir fikrə düşməyəcək.
Onun sözlərinə görə, burada məqsəd gələcəkdə ehtiyac yaranacağı təqdirdə, çox operativ şəkildə və ən qısa müddətdə Qarabağa əlavə hərbi qüvvə atmaq üçün zəruri platsdarm və infrastruktur yaratmaqdır. Bu, həm də Azərbaycan üzərində əlavə bir basqı yaradacaq.
Ş.Cəfərli yaxın gələcəkdə Rusiyanın Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsini gündəmə gətirəcəyini proqnozlaşdırıb: "Amma bu qədər tez gözləmirdim. Kommunikasiyaların açılması da bu məqsədə xidmət edir".

Politoloq Elxan Şahinoğlu isə bildrib ki, Rusiya ordusu Ermənistanın şərqinə dislokasiya ediləcəksə, bu məqsədlə Azərbaycanla sərhəddə yaxın ərazidə kazarmalar tikiləcək: "Bu açıqlama bir daha göstərir ki, Ermənistanın müstəqilliyindən əsər-əlamət qalmayıb, sərhədlərini qoruya bilməyən və ya qorumaq üçün gücü çatmayan ölkə tamamilə Rusiyanın vassalına çevrilib. Rusiya Ermənistanın Azərbaycanla sərhəddini qorumağa razılaşıb. Əgər belədirsə, o tərəfdən bizə qarşı hər hansı tərxibat baş verərsə, buna Rusiya sərhədçiləri cavabdeh olacaqlar"

Politoloq hesab edir ki, biz də öz tərəfimizdən sərhəddimizi gücləndirməliyik, Laçın dəhlizi üzərindən sərhəddimizin nəzarətə götürülməsi bunun tərkib hissəsi olmalıdır. "Bunu etməsək, Rusiya qüvvələri həm o tərəfdən, həm də bu tərəfdən sərhəddi nəzarətdə saxlayacaqlar. Bu isə Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. O tərəfdən özləri bilər, bu tərəfin nəzarətini Azərbaycan sərhədçiləri həyata keçirməlidirlər. Bunun başqa alternativi yoxdur", - deyə E.Şahinoğlu vurğulayıb.скачать dle 12.1