Bia.Az

""İSKƏNDƏR"LƏ YALNIZ ŞUŞAYA ZƏRBƏ ENDİRİLİB" - "Anlamıram, nə üçün neft-qaz boruları vurulmadı?..."

Gündəm
 17-02-2021, 14:18     281

"Ermənistan, cavab zərbələrindən ehtiyatlanaraq, "İskəndər" operativ-taktiki kompleksini müharibənin həlledici mərhələsində istifadə etmədi".

"AzPolitika.info" xəbər verir ki, belə bir ehtimalı Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan irəli sürüb. O, "Armnews" telekanalına müsahibəsində bu barədə danışıb. Sarqsyan bildirib ki, onda olan "mötəbər" məlumata görə, "İskəndər" yalnız müharibənin sonunda istifadə olunub - ondan Şuşa şəhərinə zərbə endirilib. "Bəs nə üçün Azərbaycan ərazisinə zərbə endirilməyib? Mən ehtimal edirəm ki, cavab zərbələrindən ehtiyyat ediblər. Ancaq "İskəndər"lərdən Azərbaycan Horadiz və başqa bölgələrə böyük qüvvə cəmləşdirəndə - müharibənin 4-5-ci günündə istifadə etmək lazım idi", - Sarqsyan deyib.

Hərbi cani daha sonra əlavə edib ki, Azərbaycanın neft-qaz infrastrukturuna zərbə endirilməməsinin səbəbini də anlaya bilmir. "Mən demirəm ki, ilk hədəfimiz neft borusu olmalı idi. Lakin nəhayətdə, biz bu silahları nə üçün almışdıq? Onun üçün ki, lazım olan anda istifadə etməyək? "İskəndər"lər bizim idi və biz yeganə müttəfiq idik ki, onu almışdıq"

Sarqsyan onu da iddia edib ki, guya Şuşa, istəyərəkdən və ya istəməyərəkdən, təhvil verilib. Lakin nədənsə bu cinayətkar Şuşa ətrafında erməni əsgərlərinin milçək kimi qırılmasından danışmayıb.скачать dle 12.1