Bia.Az

Sabiqlər üçün pis PRESEDENT - dindirildiyi deyilən Ziya Məmmədov danışdı

Gündəm
 6-02-2021, 11:49     298

Azərbaycanda yüksək vəzifəli məmurların korrupsiya və dövlət əmlakını mənimsəmə ittihamları ilə həbsi davam edir. İlin əvvəlindən bəri “Azərxalça”ASC-nin rəhbəri Vidadi Muradov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sabiq rəhbəri Vüqar Səfərlinin ardınca sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsində cinayət işi qaldırılıb, hər üç şəxs həbs olunub.

Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin davam edəcəyini Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində də bəyan edib: “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır. Hesab edirəm ki, o da sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub. Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir. Hesab edirəm, 2020-ci ilin hadisələri göstərir ki, hər kəs bunu artıq bilir”.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində ile ilgili görsel sonucu
Prezidentin qeyd etdiyi kimi, həbslər davam etməkdədir. Bu baxımdan, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun vəzifədə olduğu zaman yol verdiyi korrupsiya əməllərinə görə həbsi cəmiyyətdə ciddi rezonansa səbəb olub. Azərbaycanda ilk dəfədir ki, nazir kürsüsünü tərk edən şəxs sonradan məhz vəzifədə olduğu dövrdəki cinayət əməllərinə görə həbs edilir. İndiyədək adı irimiqyaslı korrupsiya rüşvətxorluqda hallanan heç bir nazir və ona bərabər tutulan şəxs bu ittihamlarla həbs olunmayıb. Hətta 2014-2015-ci illərdə iki nazirin demək olar ki, bütün yaxın ətrafı korrupsiya, soyğunçuluq və sair ən ağır ittihamlarla həbs olunsa da, onların özünə toxunulmadı. Söhbət keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov, həmçinin keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdan gedir. Hər iki məmurun korrupsiya əməlləri göz önündə olsa da, onlar hansısa yollarla həbsdən yayındılar.
Adları çəkilən sabiqlərdən əlavə, kənd təsərrüfatına rəhbərlik etmiş iki sabiq nazir də daim korrupsiya iddialarının hədəfi olub. Bunlar İrşad Əliyev və Heydər Əsədovdur. Hər iki nazirin dövründə kənd təsərrüfatı istehsalçılarına ayrılan subsidiyaların, aqrar təsərrüfatlar üçün texnika, avadanlıq,damazlıq heyvan və gübrələrin alınıb gətirilməsində ciddi maxinasiyalar aşkarlanıb. Xüsusilə keçmiş “Aqrolizinq”ASC-nin xəttilə həyata  keçirilən dövlət satınalmalarında yol verilən ciddi korrupsiya faktları dəfələrlə ölkə mətbuatının gündəmini təşkil edib, hətta qurumun rəhbərliyi barədə cinayət işi qaldırılıb. Ötən müddət ərzində İ.Əliyevin ailə üzvlərinin xarici ölkələrdəki çoxmilyonluq biznesi barədə faktlar ictimailəşdirilib. Hesablama Palatasının hər iki məmurun dövründə “Aqrolizinq” ASC-də apardığı yoxlamalar ciddi pozuntular üzə çıxarıb.
Ziya Məmmədov ile ilgili görsel sonucu
Ölkəyə irihəcmli neft gəlirlərinin axdığı illərdə yol infrastrukturunun yenilənməsi üçün ayrılan milyardlarla manat vəsaitin xərcləndiyi dövrdə Nəqliyyat Nazirliyinə rəhbərlik etmiş Ziya Məmmədov da korrupsiya əməllərində ittiham olunan sabiqlərdəndir. Məhz onun nazir olduğu dövrdə Azərbaycanda yol tikintisi layihələrinin icrası illərlə uzanıb, dəyəri isə bir neçə dəfə artırılıb. Belə demək mümkünsə, o illər Azərbaycan dünyada ən bahalı avtomobil yolları ilə tanınıb. Təsadüfi deyil ki, vəzifədən azad olunduqdan sonra dəfələrlə Z.Məmmədovun istintaqa cəlb olunnasına dair məlumatlar yayılıb. Ən son belə məlumat S.Müslümovun həbsindən sonra mətbuatda yer alıb.
Azpolitika.info-nun yaydığı məlumata görə, dövlət büdcəsini talamaqda, külli miqdarda mənimsəmələrdə, vəzifə saxtakarlığında, rüşvət almaqda və başqa cinayətlərdə ittiham olunaraq həbs edilən keçmiş məmurların əhatə dairəsi böyüyür. Məlumatlı mənbələrdən sayta daxil olan məlumatda aparılan həbslərin sabiq məmur-oliqarxlardan da yan keçməyəcəyi qeyd edilir: “Mənbə bildirib ki, artıq keçmiş nəqliyyat naziri Ziya Məmmədov istintaqa dəvət edilib. Ölkənin ən varlı oliqarxlarından biri olmuş Məmmədov 2013-cü ildə postunu itirib, onun uzun illər rəhbərlik etdiyi sahədə yol verilmiş korrupsiya əməlləri ilə bağlı araşdırmalar yenilənib. Mənbə qeyd edir ki, bu şəxslərin məsuliyyətə cəlb olunması korrupsiyaya qarşı mübarizədə siyasi iradə nümayişi ilə yanaşı həm də hüquq mühafizə orqanlarının rəhbərliyində aparılan dəyişikliklərlə bağlıdır. Məlumdur ki, DİN, DTX və Baş Prokurorluğa yeni kadrlar rəhbərlik edir. Onların xələfləri keçmiş komanda yoldaşlarının ört-basdır etdikləri korrupsiya və s. cinayətlərinin dosyelərini rəflərdən endiriblər. Məlumatlı mənbə dövlətə külli miqdarda zərər vurmuş oliqarxların heç birinə güzəşt edilməyəcəyini vurğulayıb”.
Ziya Məmmədov ile ilgili görsel sonucu
Maraqlıdır ki, məlumat yayılan kimi Z.Məmmədov  Unikal.org-a açıqlama verib: “Mən Ucardakı evimdəyəm, kənd təsərrüfatı ilə məşğulam, əkib-becərirəm. Artıq mənim başqa fəaliyyət növüm yoxdur. Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil. Təsərrüfatımda insanlar işləyir. Bu həmin ərazidə yaşayan insanların işlə təmin olunmasına dəstəkdir. Mən təbiətcə bekar qalmağı xoşlayan adam deyiləm. İşləmək istəyən insanlar üçün gözəl şərait qurulub. Cənab prezidentə bu cür şərait qurduğuna görə təşəkkür edirəm”.
Fazil Məmmədov ile ilgili görsel sonucu
Rəhbərlik etdiyi sahədəki korrupsiya faktları ən yüksək səviyyədə tənqid olunan sabiqlərdən biri də Fazil Məmmədovdur. Məhz F.Məmmədov vəzifədən azad olunan kimi vergi sistemində uzun illər boyu kök salmış korrupsiya və rüşvətxorluq ölkə prezidenti səviyyəsində sərt tənqid olunub. F.Məmmədovdan sonra vergilər sistemində təmizləmə prosesi aparılıb, vergi orqanları ilə biznes arasında münasibətlər üçün yeni və ağ səhifə açılıb, kölgə iqtisadiyyatına qarşı kəskin mübarizə başladılıb. Bu proses nəticəsində illər boyu vergi sistemində büdcədən yayındırılan, korrupsiyanın yeminə çevrilən vəsaitlərin həcmi barədə ölkə rəhbərliyinə dəqiq məlumatlar təqdim olunub. Nəzərə alsaq ki, sosial müdafiə və vergilər sahəsi Prezident tərəfindən açıq tənqidə məruz qalan iki əsas sahədir, bu zaman F.Məmmədovu da S.Müslümovun aqibətinin gözlədiyini söyləyə bilərik.
Şübhəsiz ki, sabiq məmurların vəzifədə olduqları dövrlərdəki fəaliyyətlərinə görə həbs olunması presedentinin yaranması hazırda vəzifədə olan məmurlar üçün korrupsiya və digər qanunsuz əməllərdən çəkindirici faktorlardan birinə çevriləcək.“Yeni Müsavat”

BİA.AZ
скачать dle 12.1