Bia.Az

RAMİN QULUZADƏYƏ YENİ VƏZİFƏ VERİLDİ - Sərəncam

Gündəm
 26-01-2021, 18:08     297

Quluzadə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezident digər sərəncamla Rəşad Nəbi oğlu Nəbiyevi Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edib.

Qeyd edək ki, Rəşad Nəbiyev indiyədək “Azərkosmos” ASC-nin sədri vəzifəsində işləyirdi.  Prezident İlham Əliyev bu gün onu “Azərkosmos” ASC-nin sədri vəzifəsindən azad edib. 

Müvafiq sərəncamlar Prezidentin rəsmi saytında dərc olunub.

Prezident İlham Əliyev sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.




BİA.AZ
скачать dle 12.1