Bia.Az

"BU, ANKARANIN RUSİYA VƏ ERMƏNİSTANA MESAJIDIR Kİ..." - "Akarın ilin son gününü Azərbaycanda keçirməsinin xüsusi əhəmiyyəti var”

Gündəm
 1-01-2021, 10:56     218

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Ümit Dündar və Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.

Bu gün onlar müdafiə naziri Zakir Həsənov və Prezident İlham Əliyevlə görüşüb.

Türkiyə hərbi elitasının Azərbaycana səfərini şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Hulusi Akarın ilin sonuncu gününü Bakıda keçirməsinin xüsusi əhəmiyyəti var:

“Birincisi, Türkiyə hərbçilərin Qarabağa gəlişi başlanıb və Hulusi Akarın iştirakıyla keçirilən tədbirdə bunun xüsusi vurğulanmasına ehtiyac var idi.

İkincisi, bu Ankaranın Rusiya və Ermənistana mesajıdır ki, “Türkiyə ordusu artıq Qarabağda yerləşib”.

Üçüncüsü, Hulusi Akar telefon vasitəsilə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Rusiya və Ermənistan auditoriyasına bu mesajını ötürdü: “Türk əsgəri “ölsəm şəhid, qalsam qazi” anlayışı ilə ölkəmizdə və bütün dünyada, başda da Azərbaycanda ona verilən vəzifəni qüsursuz yerinə yetirəcəkdir””.


Politoloq qeyd edib ki, Ermənistan rəsmiləri və müxtəlif siyasətçiləri illərdir Rusiyaya yalvarırdılar ki, Türkiyənin bölgədə yerləşməsinə imkan verməyin:

 “Bəlkə də Kreml müharibəyə qədər İrəvanın bu yalvarışlarına qulaq verirdi, ancaq hazırda Kreml sahibi özü də etiraf edir ki, heç bir qüvvə Türkiyə-Azərbaycan ittifaqına və Türkiyə ordusunun Azərbaycanda yerləşməsinə mane ola bilməyəcək”.

E. Şahinoğlu hesab edir ki, Azərbaycan üçün yeni dövr başlayır: 

Rusiyalı hərbçilərin erməni separatçılarla birgə Dağlıq Qarabağdakı fəaliyyətləri nəzarət altına alınmalı və məhdudlaşdırılmalıdır. Bu vəzifəni Azərbaycan və Türkiyə hərbçiləri birgə yerinə yetirəcəklər. Ağıl oyunlarının mürəkkəb dövrünə qədəm qoyuruq və 44 günlük müharibədə olduğu kimi bu mübarizədə də qalib olmalıyıq!”скачать dle 12.1