Bia.Az

Elza ilə Mətanət "Xəzər" TV-nin canlı efirində dalaşdı

Gündəm
 6-03-2020, 18:00     394

Elza ilə Mətanət "Xəzər" TV-nin canlı efirində dalaşdı"Hər şey daxil" verilişində canlı yayım zamanı Əməkdar artist Elza Seyidcahanla müğənni Mətanət Əsədova arasında dava düşüb.

bia.az xəbər verir ki, proqrama zəng edən Seyidcahan Manaf Ağayev və Mətanətin onunla bağlı dediklərinə münasibət bildirib. O, ifaçıların virus kimi şou-biznesdə yayıldığını vurğulayıb:

"Bəsdirin, xahiş edirəm, hamı bilir söhbət nədər gedir. Niyə nala-mıxa vurursuz? Gözləyərdim ki, danışmasınlar. Silahınız sənətinizdir. Sənət göstərərdiz. Mətanət, Manaf, elə gözəl sənətiniz var ki, silahınızdır. Danışıb özünüzü suçlu çıxarırsınız.

Koronavirus necə yayılıbsa, musiqidə də elə virus yayılıb. Siz də musiqidə koronavirusa düşmüsünüz. Həm kişilər kişisiyəm, həm xanımlar xanımıyam. Manaf, mənimlə kişi kimi danışırsınızsa, hara deyirsiz gəlim, danışın.

Mətanət bir mahnı oxudu: atları qoyduq, ulaq yerində dayandıq. Özü öz cavabını verib. Özü at ola-ola gəlib özünü ulaq yerində saxlamağını istəmirəm".

Elzanın sözləri Mətanəti özündən çıxarıb. əsəblərinə hakim ola bilməyən ifaçı Seyidcahanın ünvanına təhqirlər səsləndirib:

"Bir dəqiqə ay qız. Onun səsini kəsin. Danışma Elza, telefonu söndır. Səsini bağla, onu eşitmək istəmirəm. Ulaq özünsən. Ya durub gedəcəm, ya saxlayın səsi. Elza, məni heç kimlə səhv salma. Bir az ehtiyatlı ol. Ayıb olsun sənə. Bəstəkar, Əməkdar artist adı ayıb olsun. Utanmırsan, ulaqdan, atdan danışırsan? Hələ ki, səni ulaq yerinə qoyub çırpırlar. Ağıllı ol, tərbiyən olsun. Təkbətək görüşüb, cavabını verərəm. Çaşma".

Mətanətin mikrofonunu bağlayıb, reklam fasiləsi verilib. Daha sonra isə onların danışmasına imkan verilməyib. Manaf və Mətanət mahnı oxuyaraq, proqrama son qoyulub.

Qeyd edək ki, ifaçılar arasında qalmaqal Elzanın "Mətanətlər, manaflar gəncləri korlayır" ifadəsi olub.
скачать dle 12.1