Bia.Az

Paşinyan ona hiddətləndi: “Sənin küçüyünü yaxasından tutub geri gətirəcəm və…”

Gündəm
 13-05-2026, 01:04     1 616

“Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyanın böyük oğlu Ermənistandakı kazinolardan birində yaşanan silahlı insidentdən sonra beynəlxalq axtarışa verilib.

Globalinfo.az-ın xəbərinə görə, “Vətəndaş Müqaviləsi” partiyasının lideri Nikol Paşinyan seçki kampaniyası zamanı bildirib ki, Belarusda olan Qaqik Sarukyanın oğlunu geri qaytarıb həbs etdirəcək.

Nver Sarukyan haqqında 2024-cü ilin oktyabrında Tsaxkadzor kurort şəhərindəki kazinolardan birində baş verən silahlı qarşıdurmadan sonra beynəlxalq axtarış elan olunub. Ermənistanda o, xuliqanlıq və quldurluq işi üzrə ittiham edilir. Paşinyanın sözlərinə görə, siyasətçinin oğlu cəbhədə bir dəfə də olsun atəş açmayıb, amma silahlı insidentə qarışıb və hazırda gizlənir.

“Qaqik Sarukyan, sənin dilin çox uzanıb. Sənin küçüyünü yaxasından tutub geri gətirəcəyik və məsuliyyətə cəlb edəcəyik”, – deyə baş nazir vurğulayıb.

Sarukyan isə Paşinyanın açıqlamalarını şərh edərkən bildirib ki, dünyada siyasətdə qəbul olunmuş qayda var. Belə ki, ailəyə, uşaqlara, həyat yoldaşına və valideynlərə toxunmaq olmaz.

Ermənistan Baş Prokurorluğundan bildirilib ki, 2025-ci il yanvarın 10-da Nver Sarukyanın Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi üçün Belarusa müraciət göndərilib. Minskdən cavab verilib ki, Sarukyan Belarus ərazisində aşkarlanıb saxlanıldıqdan sonra müraciət beynəlxalq qanunvericiliyə uyğun şəkildə nəzərdən keçiriləcək.скачать dle 12.1