Bia.Az

“GENERALIMIZ AZƏRBAYCANA GETMƏYƏ HAZIRDIR” - Hulusi Akar

Gündəm
 18-12-2020, 10:37     251

“Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi davam edir. Generalımız və digər əməkdaşlarımız ora getməyə hazırdır”.


“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

“Bundan başqa, ora minatəmizləyən mütəxəssislərimizi də göndərmişik. Həm təlim keçirlər, həm də ərazini yoxlayacaqlar. Türkiyə Silahlı Qüvvələrinin mina axtarma və təmizləmə üzrə iki heyətini Azərbaycana göndərmişik. Atəşkəsə ümumilikdə riayət edilir. Ruslar bu mövzuda diqqətlidirlər. Hadisələri izləyirik”, - o vurğulayıb.

“Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır. Məsələni rəsmi Bakı ilə müzakirəyə çıxarıb həll edəcəyik. Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar gedir. Məsələ qarşıdakı günlərdə reallaşacaq”, - nazir bildirib.скачать dle 12.1