Bia.Az

Türk dünyası İstanbulda toplandı – Ərdoğan nazirləri qəbul etdi

Gündəm
 7-03-2026, 19:53     794

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov, Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev, Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakayev və TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev ilə görüş keçirib.

Globalinfo.az xəbər verir ki, görüş İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Qeyri-rəsmi Toplantısı çərçivəsində baş tutub.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanettin Duran da iştirak ediblər.скачать dle 12.1