Avropadan Naxçıvana hücuma reaksiya – Kallas görün nələr dedi…
İrandan Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib. Bu hadisəyə bir çox ölkələr tərəfindən reaksiya sərgilənib.
Globalinfo.az xəbər verir ki, Avropa İttifaqının xarici siyasət məsələləri üzrə rəhbəri Kaya Kallas hücumları qətiyyətlə pisləyib.
O bildirib ki, İranın Naxçıvana hücumu tamamilə qəbuledilməzdir. Bu hücumlar münaqişənin Yaxın Şərqdən kənara çıxma ehtimalını artırır.
Kallas həmçinin Ceyhun Bayramov ilə əlaqə saxladığını və Avropa İttifaqının Azərbaycan hökuməti və xalqı ilə tam həmrəy olduğunu vurğulayıb.
Hadisə bölgədə gərginliyin yenidən artmasına səbəb olub və beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir.









