Bia.Az

RUSİYA SÜLHMƏRAMLILARININ ÖZBAŞNALIĞI... - Kreml öz öhdəliklərini pozur? (Qalmaqal)

Gündəm
 14-12-2020, 15:38     646

Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilib.

Musavat.com bildirir ki, bu fakt Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurub. Bu, sülhməramlılıqdan daha çox, intriqaməramlılıqdır, həddini bilməməkdir.
Bizim suveren ərazilərimizdə qərar tutmuş Rusiya sülhməramlıları bir zəhmət, Rusiya ərazisindəymiş kimi əlini-qolunu sallayaraq gəzmə lüksündə bulunmasınlar. Yoxsa günaşırı bir "xəritə" cızma-qara etməklə özlərində üstün yetki olduğu zənninəmi qapılırlar? Dövlət rəhbərlərinin imzaladığı Bəyanatın mətn-mündəricəsindən, məna-məzmunundan və fəlsəfəsindən, ruhundan fərqli davranış yolverilməzdir. Biz sadəlövh deyilik, belə davranışların artıq təsadüf olmadığı Gün kimi aydındır, bunlar ən azı tendensiya - mənfi tendensiya xarakteri daşıyır və dərhal çəki-düzən tələb edir.
Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kim verdiyini sual edir. Belə pozuntu hər hansı dövrdə, hər hansı vasitəçiyə, sülhməramlıya başucalığı gətirməz, onu etibarsızlaşdırar.
Xəritələrlə manipulyasiya və Rusiya sülhməramlıları tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir.
Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Rusiya sülhməramlıları fəliyyətini öz öhdəliklərinə uyğun qurmalıdırlar. Buna borcludur - hüquqən də, mənəvi cəhətdən də, imici xatirinə də.
qurmağa borcludur - hüquqən də, mənəvi cəhətdən də, imici xatirinə də.
Bəlli olduğu kimi, Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları bugünlərdə Ordumuzun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var. O da bəllidir ki, Azərbaycan Respublikası bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edib. Ali Baş Komandanımız vətəndaşlarımıza qarşı hücumlara, qanunsuzluqlara on qat artıq cavab veriləcəyini deyib.
Dövlətimizin gördüyü müvafiq tədbirlər - keçirilmiş zəruri əməliyyatlar sonucunda hazırda Köhnə Tağlar və Çaylaqqalaya biz nəzarət edirik. Zatən adil olan, düzgün olan da budur: öz torpağımızdır. Əgər bizə qarşı yeni təxribat, pozuculuq halları baş verəcəksə, sərt cavabımız şərt olacaq.


Rusiya sülhməramlılarının bu gecə yaydıqları yeni xəritə - bunun əsl adı özbaşınalıq!
Buna görə də hesab edirik ki, Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-realdır və ona qısa zamanda düzəliş edilməsinə ehtiyac var. Bir daha belə yanlışa yol verilməməlidir. O yanlışın şüurlu, yaxud şüursuz edilməsindən asılı olmayaraq.Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır.

10 noyabrda razılaşdırılmış xəritə
Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını yaxşı xatırlayır. Bu ilin iyulunda Tovuz istiqamətində dövlət sərhədində baş verən hadisələrdən sonra, eləcə də, 44 günlük müharibə dövründə Rusiyanın Ermənistanı ən müxtəlif marşrutlar üzrə intensiv şəkildə silahlandırdığını bütün aləm bilir. Bilirik ki, Ermənistan, döyüş sahəsindən uzaqdakı Gəncə, Bərdə şəhərlərimizi məhz Rusiyanın verdiyi (bağışladığı, satdığı) yeni silahlarla raket atəşinə tuturdu. Tuturdu ki, körpələr, qadınlar, qocalar, ümumən mülki əhali həlak olsun...
Rusiya böyük qonşudur, bunu dərk edirik, amma Rusiyada da dərk etməlidirlər ki, qədim mədəniyyətə, o cümlədən dövlətçilik mədəniyyətinə malik xalqın dövlətini balaca görmək, xor görmək lazım deyil.
Əgər kimlərsə Rusiyanın Gürcüstan, Ukrayna, Moldova və başqa ölkələrdə gerçəkləşdirdiyi planları Azərbaycanda da təkrarlamaq sevdasındadırsa, bu sevdadan əl çəkməlidirlər. Alternativlərdən ən yaxşısı budur...
Görünür Rusiyada müəyyən dairələr dekabrın 10-da Bakıda keçirilmiş Qələbə paradında Rusiyanın Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikanın nümayişini həzm edə bilmir.
İstisna deyil ki, həmin dairələr Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakından da bərk qıcıqlanıblar. Qıcıq olmaq lazım deyil, düzgün dəyərləndirmək lazımdır.
Lazımdır ki, Rusiya Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, ümumən regiondakı fəaliyyətində Azərbaycan xalqının köklü maraqlarını nəzərə alsın. Əgər belə olarsa, özünə zəhmət verib, qeyri-siyasi məsələləri də siyasət malzəməsi yapmaq zəhmətinə qatlanmazdı.
Örnəyi, Rusiyada anlamalıdırlar ki, (bəzi digər ölkələrə qarşı olduğu kimi) Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq olunması ilə hansısa fövqəladə sonuçlara vara bilməyəcəklər. Rusiyada bazarların ilmüdam keyfiyyətli meyvə-tərəvəzlə təminatına görə bizim iş adamlarına minnətdar olmaq yerinə, olduqca bəsit, sanitar-epidemioloji tələblərlə pərdələnmiş süni əngəl mexanizmi düşünüblər. Yanlış ediblər.
Rusiyanın müəyyən və qeyri-müəyyən qüvvələri başa düşməlidir ki, Azərbaycana qarşı atılan hər bir addımın acısını Ermənistan çəkəcək. Yəni uhulətsiz, suhulətsiz yöntəmlərə çox baş vurmasınlar. 
Bir sözlə, bu məşum proses sonucda Rusiyanın Azərbaycandakı olan-qalan imicinə zərbə olacaq - özü də böyük zərbə...скачать dle 12.1