Cey Di Vens Azərbaycana gəldi – VİDEO
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Azərbaycana səfərə gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə amerikalı jurnalist Cenifer Ceykobs məlumat yayıb.

***16:52
ABŞ-ın vitse-prezidenti Cey Di Vensin təyyarəsi Bakıya eniş edib.
Globalinfo.az xəbər verir ki, Vensi gətirən təyyarə bu dəqiqələrdə Bakıdakı Heydər Əliyev adına beynəlxalq hava limanına eniş edib.
“Flightradar24” proqramında hava gəmisinin aeroportun uçuş xəttinə təkər qoyduğu görünür.
ABŞ vitse-prezidentinin uçuşu Boeing C-32A tipli təyyarə ilə həyata keçirilib.

***16:15
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini başa vurub.
Globalinfo.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb.
Qeyd edək ki, Cey Di Vens ötən gün Ermənistana səfər edib, Baş nazir Nikol Paşinyanla görüşüb.









