Bia.Az

Putindən Kiyevlə bağlı gözlənilməz qərar

Gündəm
 30-01-2026, 00:47     865

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin soyuq hava şəraiti ilə əlaqədar Kiyev və Ukraynanın digər şəhərlərinə hava zərbələrini müvəqqəti dayandırmağa razılıq verdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinin məlumatında qeyd olunub.

ABŞ liderinin sözlərinə görə, o, şəxsən Vladimir Putindən qeyri-adi soyuq hava şəraitində bir həftə ərzində Kiyev və digər şəhərlərin atəşə tutulmamasını xahiş edib.

“Mən şəxsən Prezident Putindən Kiyev və digər şəhərlərə bir həftə ərzində atəş açılmamasını xahiş etdim və o, buna razı oldu”, – deyə Tramp bildirib.

Amerika Prezidenti Putinin bu xahişi qəbul etməsindən çox məmnun olduğunu vurğulayıb.

Qeyd edək ki, Donald Tramp daha əvvəl də Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin mümkünlüyünə inandığını bəyan etmişdi.скачать dle 12.1