Bia.Az

Tramvay xətti “28 May” ərazisində belə görünəcək – FOTO

Gündəm
 29-01-2026, 15:55     986

Məlum olduğu kimi, Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasınadək uzanacaq tramvay xəttinin texniki hazırlıq işləri artıq başa çatıb.

“AzPolitika.info” bildirir ki, ilkin sxemə əsasən, tramvay xətti “28 Mall” ticarət mərkəzinin qarşısından keçəcək.

Bu ərazidə avtomobillərin hərəkətinin məhdudlaşdırılması, yolun əsasən ictimai nəqliyyat və velosiped zolaqları üçün nəzərdə tutulması mümkündür.

Avtomobil axınının isə paralel küçələrə yönəldilməsi planlaşdırılır.

Qeyd edək ki, layihələndirmə mərhələsindən sonra tikinti işlərinə start veriləcək.

İnşa işlərini həyata keçirəcək şirkətlər tikintinin başlanmasından sonra 3 il ərzində layihəni tamamlamağı öhdələrinə götürüblər.

16ac1ddc 7862 4bae ba66 6b6b38418011скачать dle 12.1