Bia.Az

Paytaxt sakinləri: “Bu marşrut xəttində avtobuslar nə zaman normal qrafiklə işləyəcək?” - VİDEO

Gündəm
 6-03-2020, 12:18     379

Paytaxt sakinləri: “Bu marşrut xəttində avtobuslar nə zaman normal qrafiklə işləyəcək?” - VİDEOPaytaxt sakinləri 29 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların qrafikindən şikayət edirlər.

bia.az xəbər verir ki, bu barədə vətəndaşlar tərəfindən sosial şəbəkədə video paylaşılıb.

Vətəndaşlar 29 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların səliqəsiz olmasından, eləcə də nəqliyyat vasitələrinin hərəkəti arasındakı intervalın çox olmasından narazıdırlar:

“Bu vəziyyətdən daha çox paytaxtın Badamdar qəsəbəsində yaşayan sakinlər əziyyət çəkirlər. Avtobuslar normal qrafiklə işləmir. Bu istiqamətdə fəaliyyət göstərən avtobuslar yeniləri ilə əvəz olunmalı idi. Bu barədə məlumat verilsə də, hələ bir nəticə yoxdur. Xahiş edirik, sərnişinlərin rahatlığını nəzərə alsınlar”.скачать dle 12.1